Rusiyanın Qarabağdakı özbaşınalığı yeni bir siyasi strategiyanın ortaya çıxmasını zəruri edir

Müsahibələr 09:33 20.02.2021

Qarabağ müharibəsi bitsə də, diplomatik gərginliklər hələ də davam edir. Belə ki, müharibə dövründə tərəfsizlik görüntüsü yaradan Rusiya indi Qarabağda sözün əsl mənasında söz sahibinə çevrilib. Artıq Azərbaycan cəmiyyəti, ölkə rəhbərliyi də rusiyalı sülhməramlıların üzərilərinə düşən vəzifəni düzgün yerinə yetirmədiklərini, özlərinə aid olmadığı işlərlə məşğul olduqlarını bildirilər.

Moskvanın regionda güclənməsi, Qarabağdakı sülhməramlılar adı altında Azərbaycanda Rusiya hərbi mövcudiyyətinin fakta çevrilməsi Qərb dövlətlərini də ciddi narahat edir. Rusiyanın regiondakı özbaşına fəaliyyəti isə artıq yeni siyasi strategiyanın meydana gəlməsini zəruriləşdirir. 

Əslində, Rusiyanın mövqeyini fürsətdən istifadə etmək kimi dəyərləndirmək olar. Otuz ilə yaxın müddətdə danışıqlarda uğursuzluğun simvoluna çevrilən ATƏT Minsk qrupu Qərbin Qarabağ məsələsindən kənar qalmasının əsas səbəbidir. Rusiya yaranmış imkandan istifadə edərək, bölgədə həlledici rolu üzərinə götürdü.

Digər tərəfdən, ermənipərəst Fransa dövlətinin müharibə dönəmində tutduğu mövqe, Azərbaycan və Türkiyə ilə kəskin münasibətlər sərgiləməsi Parisin timsalındakı Qərb nümayəndələrini Qarabağ probleminin həllindən bir qədər də kənarlaşdırmış oldu. Həm Avropa, həm də Amerika Fransanın ermənipərəst mövqeyini dəstəkləməklə nəyinsə əldə edilməsinin mümkün olmayacağını yaxşı anlayır. Üstəlik okeanın hər iki tərəfi, Rusiyanın Qarabağda təkbaşına hökmranlıq etməsinə göz yummaq niyyətində deyil. Bu səbəbdən də, formalaşmaqda olan yeni strategiya oyuna yeni qüvvələrin daxil olmasını zəruri edir. Belə bir qüvvə isə Azərbaycan ilə yaxın münasibətləri, eləcə də Ermənistanla normal əlaqələri olan London ola bilər. Hətta iş o yerə çatıb ki, bəzi dairələrdə Böyük Britaniyanın çökmüş Minsk qrupunun rəhbərliyinə gətirilərək, bu birliyə yeni nəfəs vermək  barədə danışırlar. 

Məsələ ilə bağlı Britaniyalı siyasi ekspert Neyl Uatson Eurasia Diary-yə müsahibəsində ətraflı açıqlama verib.     

- Türkiyəni qismən çıxmaq şərtilə, Rusiyanın hazırda Qarabağda yeganə söz sahibi olması, digər tərəfdən də Minsk qrupunun bütün məsələlərdən kənar qalması Qərb tərəfini ciddi narahat edir. Sizcə Qərb bu sahədə yaxın gələcəkdə nə kimi addımlar ata bilər? 

- Mənim fikrimcə, Qərb tərəfi Rusiyanın bölgədə hökmranlığını bərpa etməsinə, eyni zamanda Rusiya hərbi qüvvələrinin Azərbaycan torpaqlarında yerləşdirilməsinə göz yummaqda böyük xəta etdi. ATƏT-in Minsk qrupu, 28 illik “danışıqlar” dövründə tamamilə yarıtmaz bir təşkilat olduğunu sübut etdi. Bu, həmsədr ölkələr - Rusiya, Fransa və ABŞ-da çox geniş yayılmış erməni lobbisinin təsirinin olması ilə əlaqəli idi. Bundan əlavə, hər üç ölkə, xüsusən də Rusiya Dağlıq Qarabağda status-kvonun qorunması və mövcud şəraitdən istifadə edərək hegemonluğunu qoruyub saxlamaqda maraqlı idi. Ermənistan və Azərbaycan hər ikisi keçmiş Sovet respublikası olduqları üçün Rusiyanın barışığı təmin etməsi və vəziyyətdən öz xeyrinə istifadə etməsi labüd idi.

Daha ideal həll yolu BMT-nin bölgəyə sülhməramlı qüvvələr yerləşdirməsi olardı, lakin 1993-cü ildə erməni işğalına qarşı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini qəbul etmək xaricində, BMT onların həyata keçirilməsi və sülhün qorunması ilə bağlı heç bir təşəbbüs göstərmədi. Eyni sözləri Avropa Şurası və digər beynəlxalq qurumlar haqqında da söyləmək olar.

Bölgədəki Rusiyanın üstünlüyü indi bölgədə bir sülhməramlı qüvvə olaraq ən azı ilk beş il müddətinə təsis edildi. Əgər Qərb öz hegemon mövqeyini kənara qoyub daha adekvat addım atmaq istəsə, ATƏT-in Minsk Qrupunu, azad edilmiş bölgələrdə sülh və yenidənqurmanın bərpasına nəzarət edən, tərəflər üçün məqbul olan təsirli bir qurumla əvəz etməlidir. Bundan əlavə, hər üç tərəf - Azərbaycan, Ermənistan və Rusiya Federasiyası üçün məqbul olacaq bir sülhməramlı qüvvə bir araya gətirilməli, yeri gəldikdə barışıq müqaviləsi yeniləndikdə Rusiya Sülhməramlıları ilə birlikdə xidmət etməli və yaxud da onları əvəz etməlidir.

- Keçmiş diplomat Metyu Brayza, Fransa müharibə zamanı qərəzli olduğu üçün nüfuzunu itirib. İndi bəzi dairələrdə Qərbin Qarabağ məsələsinə qarışmaq üçün İngilis modelindən istifadə edəcəyi barədə söhbət gəzir. Bu nə dərəcədə realdır?

- Səfir Brayzanın fikirlərinin tamamilə doğru olduğuna inanıram. Prezident Macronun və ümumilikdə Fransa hakim dairələrinin əksəriyyətinin ermənipərəst, anti-Azərbaycançı və eyni zamanda islamofobik mövqedə olması faktdır. Böyük Britaniya isə hər zaman istər müharibə, istərsə də digər məsələlərdə Azərbaycanı hər zaman dəstəkləyib. Əsl multikulturalizmə və keçmiş Fransız müstəmləkələrindən olan müsəlmanların Fransız cəmiyyətinə inteqrasiyasına nail ola bilməyən Fransadan fərqli olaraq, İngiltərədə hazırda təxminən 300-ə yaxın millət mövcuddur. Azərbaycanda da heç bir etnik və ya dini qrupa qarşı dövlət rəhbərli tərəfindən də bir ayrı-seçkilik yoxdur və bu, Azərbaycan hökumətinin və xalqının özünəməxsus tolerantlığını əks etdirir. Münaqişə boyunca İngiltərə baş verən dağıntılara şahid oldu və indi öz təcrübəsindən azad edilmiş əraziləri bərpa etmək və yenidən qurmaq üçün istifadə etməyi planlaşdırır.

- Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Uendi Morton öncə Azərbaycana, sonra da Ermənistana səfər edib. Qeyd edim ki, Britaniya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan dövlətdir, həmçinin Ermənistanla da düşmən deyil. Sizcə bu gələcəkdə Britaniyanın Qarabağ məsələsində fəallaşmasına gətirib çıxara bilərmi?

- İngiltərə, bütün digər ölkələrdə olduğu kimi, Qarabağdakı qanunsuz rejimin suverenliyini heç vaxt tanımayıb. Şübhəsiz ki, xanım Morton Azərbaycana səfərindən dərhal sonra Ermənistanı ziyarət etdi və bir müddət fasilədən sonra İrəvanda yeni Britaniya səfirliyi açıldı. İnanıram ki, xanım Morton, İngiltərə hökumətinin təmsilçisi olaraq, vəziyyətə sırf humanitar və iqtisadi baxımdan yanaşır. Bunun səbəblərindən biri də davamlı sülhə, qarşılıqlı anlaşmaya nail olmaq və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri aparmaq üçün İngiltərənin hər iki ölkədə diplomatik iştirakı olmasıdır. Bu, Dağlıq Qarabağın statusu ilə bağlı veriləcək son qərar zamanı xüsusilə vacib olacaqdır, çünki bu, ermənilərin azərbaycanlılarla birgə yaşamalı olduğu bir bölgə olacaqdır. Bundan əlavə, İngiltərənin Ermənistandakı mövcudluğunun əsas səbəbi, əvvəllər Rusiya və erməni diasporunun dəstəyinə bağlı olan Ermənistan iqtisadiyyatının inkişafına kömək etməkdir.

Elnur Ənvəroğlu 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı