Azərbaycanda post-müharibə, pandemiya sindromları və sosial gərginlik yaşanır psixoterapevt Elmir Əkbər

Müsahibələr 15:14 23.02.2021

Azərbaycanda özünəqəsdlə bağlı vəziyyət son dərəcə pisləşib. Artıq iş o yerə çatıb ki, hər sabahı yeni intihar xəbəri ilə açırıq. Təəssüf ki, məşhur filmdə deyildiyi kimi, intiharçılar üçün "sabah olmayacaq".

Bəli, hər anı bizə şirin görünən həyatımız bəzən acı hadisələr burulğanına düşür və bundan yalnız bizi güclü edən dayaq nöqtələrimiz sayəsində xilas oluruq. Psixoloji "portret"imiz sərgiyə çıxana qədər hədsiz daxili sarsıntılar keçiririk. Bu sarsıntılar gündəlik həyat ritmimizə keçirsə, beyinə də artıq yük olmağa başlayır və bədən ondan tamamilə imtina edir. Cəmiyyətdə intihar faktı ilə bağlı "bu asan yoldur", "günahdır" deyənlər çox olur. Ancaq bu bəlanın olmasında hər birimiz günahkar deyilikmi? Axı insan avtonom yaşamır, o, cəmiyyətin bir parçasıdır. Hər kəsin daxili dünyası maddi dünyadan qidalanır. Əgər bu iki dünya bir müddət zəhər qəbul etsə, tezliklə qürub edəcək. Buna görə də ətrafımıza qarşı daha diqqətli olmalıyıq, hərçənd dövrümüzdə bunu etmək çətin olsa belə. Azərbaycanda çox təəssüf ki, insanlar öz sağlamlıqları, xüsusilə də psixoloji sağlamlıqları barədə az düşünür və hər hansı problemini mütəxəssis olmadan  ötüşdürməyə çalışır.

Son günlər intensivləşən intihar olayları ilə bağlı psixoloq, psixoterapevt Elmir Əkbər Eurasia Diary-yə müsahibə verib.

- Post-müharibə və pandemiya dövründə ümumən cəmiyyətdə hansı psixoloji dəyişikliklər baş verir? Sosial vəziyyət ailədəki psixoloji duruma necə təsir edir?

- İstənilən müharibə özü ilə paralel çox böyük ağırlıq və gərginlik gətirir. Hər hansı çətinlik və ağırlıqdan sonra orqanizm özünəməxsus süstlük dövrünə düşür. İnsan orqanizmi hansısa problemi həll etmək üçün fizioloji gərginləşir. O, problem bitdikdən sonra süstləşir, bu da özü ilə müəyyən başqa fəsadlar gətirir. Fəsadlardan birinci yerdə duranı depressiya və melanxoliyadır. Nəzərə alsaq ki, istənilən müharibədən sonra hansısa itkilər baş verir, insanların ev-eşikləri dağılır, kimlərisə itiririk, bu da insanı əlavə post-travmatik ağır stress sindromuna gətirib çıxarır. Ona görə bütün cəmiyyətdə böyük psixi pozuntular və psixoloji gərginlik yaranır.

Sosial vəziyyət də ailənin psixoloji durumuna təsir göstərir. Əfqanıstanda hamı kasıb olduğu üçün ola bilər ki, o fonda ailədəki duruma o qədər də çox pis təsir göstərmir, nəinki Azərbaycanda. O yerdə ki kontrast, çox sayda kasıb və varlılar var, orada sosial durumun rolu çox böyük olur. Həmçinin bir mütəxəssisə müraciət etmələri üçün də onların maddi imkanı olmalıdır. Çünki Azərbaycanda Avropadakı kimi sosial səhiyyə sistemi mövcud deyil.

- Ailədə valideyn və övlad arasında psixoloji münasibətlərin pozulması halları ilə bağlı nə deyə bilərsiniz?

- Valideynlər yeniyetmə və gənc övladlarına qarşı çox diqqətli olmalıdır. Onları dinləməyi, yaxşı mənada sevgiylə sahiblənməyi, yanında olmağı bacarmalıdır. Eyni zamanda, vaxtı-vaxtında mütəxəssislərə müraciət etməlidirlər. Çox təəssüf ki, son dövrlər intiharların sayı artıb və həndəsi silsilə ilə artmaqda davam edir. Bunun bir hissəsindən cəmiyyət xəbər tutur, bir hissəsini isə Azərbaycanda həmişə olduğu kimi, cəmiyyətdən gizli saxlayırlar. Əslində, real rəqəmlər daha çoxdur. Hətta uşaqlarda belə, bu meyllər çox artıb. Bunun səbəbi isə ümumiyyətlə aillədaxili münasibətlərin doğru psixoloji müstəvidə qurulmamasıdır. Təbii ki, insanın yaşayış tərzindən, ailəsindən asılı olaraq digər fərdi səbəblər də ortalığa çıxır. Əgər hər hansı bir valideyn övladıyla psixoloji münasibət qurmağa çətinlik çəkirsə psixoterapiya seanslarına gəlsinlər. Uşaqlarını haqsız yerə çox sıxmasınlar. Övladı bir səhv edirsə onun səbəbi, kökləri haqqında düşünsünlər. Bəzən valideyn nə qədər haqlı olsa da, öz fikrini övladına tam çatdıra bilmir. Nəsillər arasında belə ziddiyyətlər olur. Ona görə də mütəxəssisə müraciət etməkdən çəkinməsinlər və vaxtında komplekslərini kənara qoyub müasir düşünsünlər. İntihar olandan sonra artıq çox gec olur.

Hamıya dərman yazmaq olmaz. Bəzən kıçik bir klarifikasiya -  aydınlaşdırma texnikası, tətbiq etməklə orda baş verən proses valideyn və övlad üçün aydın olur və böyük faciəli konfliktlər aradan qalxır.

- İntiharların qarşısını almaq üçün həm dövlət, həm də vətəndaş cəmiyyəti olaraq nə edilməlidir?

- Bütün dünyada ölkələr təkcə pandemiyaya görə çox ağır psixoloji gərginlik yaşayırlar. Problem ondan ibarətdir ki, Azərbaycan nəinki müharibə, həm də pandemiyanı yaşadı. Bütün dünyada psixoterapevtlər, tibbi kliniki psixoloqlar çox gərgin iş rejimindədirlər. Onlayn konsultasiyalar aparırlar. Bunu xaricdə yaşayan kolleqalarımızdan, daimi keçirdiyimiz onlayn görüşlər, konfranslar və simpoziumlardan bilirəm. Amma Azərbaycanda bu proses aparılmır və belə bir xidmət göstərilmir. Əhaliyə hər hansı bir mərkəzləşdirilmiş klinik psixoterapevtik, klinik tibbi psixoloji yardım göstərilmir. Ona görə də, insanlar fərdi şəkildə mütəxəssislərə müraciət etməli olurlar. Azərbaycanda çox ciddi mütəxəssis çatışmazlığı var. Çünki klinik tibbi psixoloq, psixoterapevt Azərbaycanda çox azdır. Demək olar ki, respublikada bir və ya iki psixoterapevt var. Çünki bu elə ixtisasdır ki, həkim psixiatrlar xaricdə institutlarda təhsil alıb bununla məşğul olmalıdır. Bu prosesi Azərbaycanda keçən insan bir və ya iki nəfərdir. Ona görə bizdə bu problemlər nəinki həll olmur, getdikcə artır. Gördüyümüz kimi əsgərlər intihar edir. Cəmiyyətin hələ ki, kütləvi şəkildə xəbəri yoxdur. Digər insanlar, məsələn mülki vətəndaşların intihar etməsinin kökündə pandemiyanın və müharibənin vurduğu fəsadların da rolu çox böyükdür.

Dövlət təcili şəkildə mütəxəssis yetişdirməyə başlamalıdır, psixoterapevt, klinik psixologiya elədir ki, ancaq xaricdəki psixoterapiya institutları ilə birgə o kadrı yetişdirib hazırlamaq olar. Həkimləri Təkmilləşdirmə İnstitutunun Bexterev adına Sankt Peterburq Psixonevroloji Elmi-Tədqiqat İnstitutu ilə müqaviləsi var. Bu, çar Romanovlar tərəfindən ilk psixonevrologiya institutu olub. Bu layihələr genişlənməli və buna bənzər digər layihələr həyata keçirilməlidir ki, kifayət qədər mütəxəssis olsun və onlar yardım göstərə bilsinlər. Bildiyimə görə, Türkiyədən mütəxəssis gətiriblər. Lakin məsul şəxslər bilməlidirlər ki, qonşudan gələn şamla evi işıqlandırmaq mümkün deyil. Yerlərdə bu kadrlar yetişdirilməlidir. Rusiya, Almaniya, Avstriya, Amerika institutları ilə bu layihələr həyata keçirilsə çox yaxşı olar.

- Çıxılmaz vəziyyətlə üzləşən insanlara bir psixoloq olaraq nə tövsiyə edərdiniz?

- Əgər görürsünüzsə ki, özünüzdə, yaxınınızda həyatdan zövq almaq problemi yaranıb, kimsə deyirsə ki, daha zövq ala bilmirəm, əvvəl mənə zövq verən şeylər daha vermir, həyatın rəngi qaçıb, həyatın dadını itirmişəm, həyatımın mənasını itirmişəm, bilmirəm nə üçün yaşayıram, o zaman bu, ciddi siqnal olmalıdır. Dərhal mütəxəssisə müraciət etmək lazımdır.

İkinci düşüncə isə belədir: o qədər gərginlik yaşayıram ki, həyat mənim üçün dözülməz hala çevrilib. Bu halda təcili və təxirəsalınmaz surətdə kliniki psixoloq və psixoterapevtlərə müraciət etməlidirlər ki, vaxtına intiharın qarşısını almaq mümkün olsun.

Gülnar Səlimova

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Hamısı