“Özlərini partladaraq şəhid oldular” Əfsanəvi “Qorxmazlar” kəşfiyyat qrupunun komandiri

Müsahibələr 22:35 25.02.2021

O vaxt Xüsusi Təyinatlı Qüvvələrə hərbçi hazırlığı zamanı müəyyən çətinliklər olurdu. Bu gün isə bu proses daha rahatdır. Çünki maddi-texniki baza möhkəmlənib, təlim prosesləri daha da təkmilləşdirilib. Məhz bu səbəblərdən deyə bilərəm ki, İkinci Qarabağ müharibəsində qazanılan uğurun 70 %-i xüsusi təyinatlılar sayəsində olub. 

Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissənin komandiri, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan ehtiyatda olan polkovnik Xətai Baxışov deyib. 

Xidmət etdiyi illəri, övladı kimi əziz olan əsgərlərini itirən keçmiş komandir o hadisələri ağrılı xatırlayır. 

 

- İstərdim ümumilikdə xüsusi təyinatlıların ordumuzdakı yeri barədə danışasınız.

- 1992-ci ildə Bakıya qayıdanda “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm. Daha sonra həmin hərbi hissə ləğv edilərək başqa hərbi hissəyə birləşdirildi. Bundan sonra Birinci Qarabağ Müharibəsi zamanı mən motoatıcı kimi xidmət etdim. 1995-ci ildə məni “N” saylı Xüsusi Təyinatlı Hərbi Hissə komandiri təyin etdilər. Bizim hərbi hissə Bakıda yerləşirdi. Komandir təyin olunduqdan sonra öz zabitlərimlə, kollektivimlə burada xidmətimi davam etdirdim.

- Bəs kəşfiyyatçılara təlimləri harada, necə keçirdiniz? 

- Biz təlimləri dağlarda, meşələrdə, döyüş bölgələrində keçirdik. Sözün həqiqi mənasında öz zabitlərimə praktiki dərslər keçirdim. O dövrdə uşaqlarıma deyirdim ki, düşməni gördünüzsə, hədəfə alıb, məhv etməlisiniz. O vaxt bütün döyüş bölgələrinə keçmiş Müdafiə Naziri tərəfindən əmr verilmişdi ki, bir dənə belə olsun mərmi atmaq olmaz. Amma bizim hərbi hissədə düşməni görən kəşfiyyatçılar atəş aça bilərdi. Döyüş bölgəsində yerləşən hərbi hissələrin tabor komandirləri, briqada komandirləri bizim kəşfiyyatçılar orada təlim keçdikdən sonra narahat olurdular. Dəfələrlə bizdən xahiş ediblər ki, mərmi atmayın, siz praktiki təlimlər keçdikdən sonra, düşmən tərəf də bizə atəş açır. Lakin mən öz kəşfiyyatçılarıma təlim keçən zaman onların qarşısına bir şərt qoymuşdum – “düşmən bizim ərazimizdə rahat gəzə bilməz! O məhv edilməlidir!”. Həqiqətən də kəşfiyyatçılarım keçirilən hazırlıqlara diqqətlə yanaşırdılar. Biz düşmən tərəfə dinləmə cihazları yerləşdirib, onların danışıqlarını dinləyirik. 

- 1997-ci il aprelin 7-də səkkiz nəfər heyətlə kəşfiyyat qrupu düşmən mövqelərinin dərinliklərinə sızmağa nail oldu… Bir qədər bu barədə danışardınız.

- Onlar mənim ən yaxşı xüsusi təyinatlı kəşfiyyatçılarımdan ibarət dəstəm olub. Qorxmazlar dəstəsi adlanırdı. Həmin heyətdə Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov olub. Həmin gün verilən iki tapşırığı iki fərqli istiqamətdə yerinə yetirmək üçün iki kəşfiyyat qrupu göndərilmişdi. Onlardan hər ikisi döyüş tapşırığını uğurla yerinə yetirib. Təəssüf olsun ki, qruplardan biri geri qayıtsa da, digər qrupumuz düşmən pusqusuna düşür. Kəşfiyyatçılarım düşmənlə sona qədər vuruşub, lakin sonra silah-sursat bitdiyi üçün son çarə özlərini partladaraq məhv etmək olub. 

Səkkiz nəfərdən yalnız biri sağ qalıb. Düşmən digər yeddi kəşfiyyatçımızı şəhid olduğu yerdə təntənəli şəkildə dəfn edib orada andiçmə mərasimləri keçirirdi. Bizim kəşfiyyatçıları öz əsgərlərinə nümunə göstərirdilər. Çox çətinliklə altı aydan sonra Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində erməni meyitlərinin müqabilində şəhid kəşfiyyatçılarımızın nəşini geri ala bildik. Özünü partladaraq şəhid olan kəşfiyyatçılar Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov ölümündən sonra ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.

- Dediniz bir nəfər sağ qalmışdı…

- Bəli, Əhmədov Aqil Mürsəl oğlu… Bu hadisə Xocavənd istiqamətində baş vermişdi. Orada bir çox məqamlar var idi. Aqil qrupun digər üzvlərindən aralıda olub. Onlar özünü partladanda Aqil ağır yaralı və huşsuz vəziyyətdə olub. Düşmən onu əsir götürüb və işgəncələr verib. Onunla söhbətimiz zamanı deyirdi ki, ondan Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələrin hərbçilərinə keçirilən təlimləri soruşurdular. Düşmənə maraqlıdır ki, bizim hərbçilər necə olur vətən uğrunda bir an düşünmədən canlarından keçə bilirlər. 

- Bu günə qədər neçə döyüş tapşırığını yerinə yetirmisiniz?

- Bu hərbi sirdir. Biz bu barədə ətraflı heç bir məlumat vermirik. Amma deyə bilərəm ki, Xüsusi Təyinatlıların döyüş tapşırığı müxtəlif olur. Həm düşmənin texnikasının say tərkibini dəqiqləşdirmək lazım gəlir, həm də canlı qüvvəsinin mövqelərini. Müəyyən pusquların qurulması və ya əksinə təxribatların qarşısının alınması istiqamətində tapşırıqların yerinə yetirilməsi lazım gəlirdi. Buna bənzər müxtəlif tapşırıqlar olurdu. Bizə verilən bütün tapşırıqları da uğurla başa vurmuşuq. 

- 1997-ci il aprelin 7-də kəşfiyyatçılar özlərini partlatmazdan əvvəl onlardan biri üstündə olan xəritəni düşmən əlinə keçməsin deyə meşədə basdırmışdı. O hadisədən sonra hər hansı təxribat olubmu?

- Kəşfiyyata gedəndə onların üzərində önəmli heç bir sənəd olmur. O xəritə də boş olub. Məxfi olan danışıq cədvəlidir. Əsas bu cədvəli qorumaqdır. Onlar özlərini partlatmazdan əvvəl o cədvəli gizlətmişdilər. Bu günə qədər də o cədvəl tapılmayıb. 

- Düşmən bizim dilimizi bilir. Bəs biz necə, düşmənin dilini kifayət qədər bilirikmi?

- Əlbəttə. Kəşfiyyatçılarımıza erməni dili kursu keçirilir. Mən özüm də bu kursu keçmişəm. Təxminən bir il bu kursu keçdikdən sonra lüğətin köməkliyi ilə erməni dilində yaza və danışa bilirəm. Bu gün də Xüsusi Təyinatlıların erməni dilini bilmələri üçün tədris keçirilir. 

- 1990-cı ildə xüsusi təyinatlıların hazırlığı ilə bugünkü hazırlıqlar arasında nə qədər fərq var?

- Çox fərq var. Sözün yaxşı mənasında hazırlıqlarda, təlimlərdə fərqlər var. Məşqlərdə biz hər saniyənin öz hökmü olduğunu öyrədirdik. O dövrdə təminat məsələsi bugünkü kimi yüksək səviyyədə deyildi. Ümumiyyətlə xüsusi təyinatlı qüvvələrdə xidmət etmək asan deyil. Bu işin rahat tərəfi yoxdur, ola bilməz. Çətinliyə dözmək isə həm psixoloji, həm də fiziki dözüm tələb edir.  

Təlim-tədris proqramımızda təbiətdən qidalanmaq da var idi. Biz ilan, qurbağa yeməyi öyrədirdik. Ac qaldınsa, ölməmək üçün nə tapdın yeməlisən. Düzdü qidanın kalori miqdarından çox şey asılıdır. Hərbçinin dözümlü olması üçün bu faktor çox önəmlidir. 

Bu gün isə təminat məsələsi çox yaxşı vəziyyətdədir. Bu da ölkəmizin inkişafı, regionda öz sözünü deyən güclü dövlətə çevrilməsi ilə əlaqəlidir. 

Xətai Baxışov onu da əlavə edib ki, özünü partladan kəşfiyyatçılardan Vüqar Yarəhmədovun ölümündən sonra dünyaya gələn oğlu da atası kimi kəşfiyyatçı olub:

“Bir kəşfiyyatçı kimi mən fəxr edirəm ki, oğlu da özünə layiq insan kimi böyüyüb. O, ailəsindən xəbərsiz könüllü olaraq adını kəşfiyyat bölüyünə yazdırıb. Bu çox gözəl duyğudur. Adı da Vüqardır – atasının adını daşıyır”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı