Zelenskinin səfəri və Putinin sərt baxışları Türkiyə müdaxilə edəcəkmi?

Müsahibələr 16:44 05.04.2021

Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca regiondakı siyasi gedişatda da dəyişikliklər yaranmağa başlayır. İndi həlledici şahmat oyunundakı fiqurların hərəkət istiqaməti gözlənilməz və ani ola bilər.

Əslində burada Ukraynanın ərazi bütövlyündən söz getsə də, digər oyunçuların bu müharibədə marağı ölçüyə gələ bilməyəcək dərəcədə böyükdür. Ukrayna məhz bu maraqlardan doğan dəstəyin və qarşıdurma nəticəsində ilin ilk savaşı ilə üzləşə bilər.

Ukraynanın Rusiyaya qarşı mübarizədə müttəfiqlərindən biri Türkiyədir. Eyni zamanda, hazırda Ankaranın Moskva ilə də son dönəmlərin ən isti münasibəti yaranıb. Bəs görəsən, Rusiya ilə normal münasibətdə olan Türkiyənin Ukraynaya nə kimi dəstəyi olacaq?

Xatırladaq ki, Ukrayna hökumət başçısı Vladimir Zelenski dünən Qətərdə səfərə gedib. Qətər səfərindən sonra Zelenskinin Türkiyə prezidentli R.T.Ərdoğanla aprel ayının 10-da görüşü planlaşdırılıb. Bu görüşdə tərəflərin Donbas problemi və bir sıra ciddi məsələlər ətrafında müzakirəsi gözlənilir. Türkiyənin Kocaeli Universitetinin professoru İrfan Kaya Ülgər Eurasia Diary-yə müsahibəsində regiondakı gəlişmələrlə bağlı ətraflı danışıb. 

Prof. Dr. İrfan Kaya Ülger Milat''a konuştu! Türkiye müdahale etmeli |  Milat Gazetesi

- Ukrayna Prezidentli Vladimir Zelenskinin aprelin 10-da Türkiyə Prezidenti R.T.Ərdoğan ilə görüşü planlaşdırılıb. Bu görüşdən hansı gözləntilər ola bilər?

- İlk öncə qeyd edim ki, səfər zamanı Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna ordusu arasında Donbas bölgəsindəki qarşıdurmalar müzakirə ediləcək. Bundan əlavə, Rusiyanın beynəlxalq hüququ pozaraq işğal etdiyi Krımın mövcud vəziyyətinin müzakirə ediləcəyi gözlənilir.

Bununla yanaşı, Ukrayna ilə Türkiyə arasında birgə çalışdıqları iqtisadi əməkdaşlıq və müdafiə sahəsində bir sıra məsələlər də müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, Türkiyə son illərdə Ukrayna ilə müdafiə sahəsində birlikdə işləyir. Bu vəziyyəti Rusiya yaxından izləyir. İki ölkə arasında müdafiə sənayesində əməkdaşlığı nəzərdə tutan Hərbi Çərçivə Sazişi 16 oktyabr 2020-ci ildə imzalanıb. Razılaşma Pilotsuz Uçan Aparatların (PUA) texniki avadanlıqlarının birgə istehsalının və kəşfiyyat məlumatlarının paylaşılmasını təmin edir. Müqavilənin digər bir hissəsi Türkiyənin “Bayraktar” PUA-larının Ukrayna tərəfindən alınmasını təmin etməkdir. Səfər Rusiyanın iki qonşu ölkəsinin regional məsələləri barədə fikir mübadiləsi aparmaqdan ziyadə bir məna daşıyır. Çünki Donbas bölgəsində artan gərginlik, NATO-nun da bu işə qatılması ilə daha da böyüyə bilər.

- Zelenski ilk öncə Qətərdə rəsmi səfərdə olub. Qeyd edək ki, Qətər maddi cəhətdən geniş imkanlara sahib ölkədir və bir müddət öncə türk lirəsi kəskin ucuzlaşanda dəstək baxımından Türkiyənin yanında olub. Ukraynanın müharibə təhlükəsi ilə üzbəüz olduğu bir dönəmdə, üçlü əməkdaşlıqdan söz gedə bilərmi? 

- Bəli, bunu etiraf etmək olar ki, Qətər maddi cəhətdən çox imkanlara malikdir. Hazırda Qərbin bir çox öndə gedən ölkələrində Qətərin külli miqdarda yatırımları mövcuddur. Lakin bütün bu imkanlara rəğmən, mən Qətərin Rusiya-Ukrayna münasibətlərinə müdaxilə edəcəyini düşünmürəm.  

Əslində, Kiyev və Moskva arasındakı qarşıdurma, ikitərəfli qarşıdurmadan daha çox ABŞ və Rusiya arasındakı gərginliyin əks olunması kimi qiymətləndirilməlidir. Çünki ABŞ-ın əsas məqsədi Orta Asiya və Qafqazdakı enerji qaynaqlarına nəzarət etməkdir. Bu məqsədə çatmaq üçün bir neçə addım lazımdır. Bunlardan biri ABŞ-ın hansısa bir ölkədən tramplin kimi istifadə edib, bölgələrə atılaraq hakim olmaq cəhdidir. Ukraynaya baxdığımızda ərazi bütövlüyünün qorunması qayğısının ön plana çıxdığını görürük. Hazırki şərtlərə görə, burada nə Türkiyənin, nə də Qətərin Ukraynaya güclü bir dəstək olması real deyil. 

- Müharibəyə başlayırsa, Türkiyənin Ukraynaya hər hansı bir dəstəyi və ya yaxın münasibətləri Türkiyə-Rusiya əlaqələrinə nə kimi xələl gətirə bilər? 

- Ukrayna ilə Rusiya arasında müharibə perspektivi güclüdür. Ukrayna bu müharibədə ABŞ və NATO-nun dəstəyinə ümid bəsləyir. Ancaq bu dəstəyin meydanda nə dərəcədə əks olunacağı tam aydın deyil. 1956-cı ildəki macar üsyanı zamanı da Qərb Budapeştə zəmanət verirdi. Ancaq SSRİ qüvvələri Macarıstan üsyanına müdaxilə etdikdə, Qərb öhdəliklərinə sadiq qalmadı. Bu gün belə bir vəziyyətin baş verməsi istisna deyil. Rusiya Dnepr çayının şərqində Ukraynada yaşayan rusları üsyana təhrik edir. Moskva rəhbərliyinin Ukraynanın Luqansk və Donetsk şəhərlərində yerli ruslara pasport payladığını bilirik. Moskva bu şəhərləri də əhatə edən Donbas bölgəsini ilhaq etmək istəyir. Bu bölgədə başlayacaq müharibə, 20 yanvar tarixində ABŞ rəhbəri vəzifəsinə başlayan Co Bayden üçün bir sınaq olacaq. Rusiyanı uzun müddət təzyiq altında saxlayacağını və təsirini azaldacağını söyləyən Baydenin bu hadisədə necə rəftar edəcəyini birlikdə görəcəyik. Donbasda başlayan müharibədə Türkiyənin bitərəf qalacağını düşünürəm. Çünki Türkiyənin milli maraqları bu cür davranmağı tələb edir.

Elnur Ənvəroğlu

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı