"Danışıqlar dayana bilməz, Ermənistanın bəyanatı daxili auditoriyaya hesablanıb” Elşad Mirbəşiroğlu

Müsahibələr 12:20 02.06.2021

Ermənistan baş nazirinin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan ölkə mediasına açıqlamasında Azərbaycan, Ermənistan və Rusiya arasında kommunikasiya xətlərinin açılması məqsədilə yaradılmış üçtərəfli komissiyanın fəaliyyətini dayandırdığını bəyan edib. Ermənistan rəsmisi komissiyanın öz işini dayandırmasına səbəb kimi Azərbaycanla Ermənistan arasındakı sərhəddə gərginliyin artmasını göstərib. Mqer Qriqoryan bildirib ki, bölgədə vəziyyət stabilləşməyincə, komissiyanın “hər hansı konstruktiv iş aparması mümkün olmayacaq”.

Xatırladaq ki, sözügedən işçi qrup 2021-ci ilin yanvarında, Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasındakı danışıqlardan sonra Rusiya rəhbərliyinin vasitəçiliyi ilə yaradılıb. Hər üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi komissiyanın, Ermənistan və Azərbaycan arasında kommunikasiya layihələrinin bərpası və icrası, həmçinin, bir sıra yeni nəqliyyat infrastrukturu obyektlərinin inşası kimi məsələlərin həlli ilə məşğul olması nəzərdə tutulurdu.

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın gözlənilməz bəyanatını Eurasia Diary portalı üçün millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu ilə müzakirə etdik.

- Elşad müəllim, Ermənistanın baş nazirinin müavini Azərbaycanla Ermənistan arasında  kommunikasiya layihələrinin icrası ilə məşğul olacaq üçtərəfli komissiyanın fəaliyyətini dayandırdığını bildirib. Bu kommunikativ əlaqələrin bərpasının Ermənistana hava-su kimi vacib olduğu bir vaxtda bu bəyanatı ortaya çıxaran səbəb nədir?

- Bildiyiniz kimi, bu ilin 11 yanvarında Azərbaycan, Ermənistan və Rusiya liderləri birlikdə sənəd imzaladılar. Sənəddə regionda nəqliyyat kommunikasiyasının yaradılması, bərpası və buna uyğun olaraq, iqtisadi layihələrin gerçəkləşməsi planlaşdırılırdı.  Bu məsələ ilə əlaqədar hər üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət işçi qrupun yaradılması da nəzərdə tutulmuşdu. Bütövlükdə regionda vəziyyətin normallaşması, sülhün, təhlükəsizliyin təmin olunması, regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından həmin sənədin çox böyük əhəmiyyəti var. Hər şeydən öncə isə bu sənədin imzalanması Azərbaycanın iradəsinin göstəricisi sayıla bilər. Çünki regionda kommunikasiya xətlərinin tezliklə bərpa edilməsi və müvafiq iqtisadi layihələrə başlanması Azərbaycanın prioritetləri sırasına daxildir. Nəzərə almaq lazımdır ki, 10 noyabr razılaşmasının IX bəndində Naxçıvanla Azərbaycan arasında nəqliyyat dəhlizinin yaradılması öz əksini tapıb. Bu da öz növbəsində Zəngəzur dəhlizinin yaradılması barədə verilən qərarı möhkəmləndirir və  həmin istiqamətdə dinamik addımların atılması üçün kifayət qədər ciddi normativ əsas ortaya qoyur. Ermənistanın baş nazirinin müavinin dilindən səslənən bu açıqlama isə seçkiqabağı erməni cəmiyyətinə hesablanmış populist bir bəyanatdır.

- Qriqoryan mətbuat konfransında  “Rusiyanın Cənubi Qafqazı böhrandan çıxaracağına” ümid etdiyini söyləyib. Bu ifadəni bəhs etdiyimiz qərarın Rusiyanın təsiri ilə verildiyinə eyham kimi başa düşmək və Rusiyanın komissiyanın fəaliyyətini dondurmaqla Paşinyan hakimiyyətinə təzyiq göstərdiyini güman etmək olarmı?

- Düşünmürəm ki, birgə komissiyanın fəaliyyətinin dayandırılmasında Rusiyanın hər hansı təzyiqi rol oynayıb. Bu bəyanat sadəcə, Ermənistan hakimiyyətinin seçkiöncəsi daxili auditoriyaya hesabladığı müvəqqəti bir gedişdir. Ermənistan həmin mənasız qərarı uzun müddət davam etdirmək üçün heç bir siyasi, iqtisadi və hərbi resursa malik deyil. Qonşumuz çox yaxşı anlayır ki, 10 noyabr razılaşmasının, eləcə də, 11 yanvar bəyanatının şərtlərinə əməl etməmək, onlara çox baha başa gələ bilər. Çünki Azərbaycanın dəmir yumruğu yerindədir, istənilən vaxt sərt üz göstərə bilərik. Bu situasiyada Ermənistanın ümumiyyətlə, seçim variantı yoxdur. Yenə təkrar edirəm, dünənki qərar sadəcə, erməni cəmiyyəti və müxalifəti tərəfindən küncə sıxışdırılan Paşinyan hakimiyyətinin çarəsizlikdən doğan addımıdır. Ermənistan baş nazirinin səsləndirdiyi bu bəyanat həm Paşinyanın ölkədə seçkiqabağı elektoral bazasını genişləndirmək, həm də siyasi opponentlərinin hücumlarına qarşı “baxın, mənim Azərbaycana qarşı dirəniş göstərməyə iradəm çatır” şəklində özünü sığortalayan uğursuz mesajıdır. Bilirsiniz ki, Ermənistan cəmiyyətində Paşinyan iradəsiz və qorxaq dövlət başçısı kimi suçlanır. Ümumiyyətlə, Paşinyanın siyasi rəqibləri Ermənistanın zəifliyini hazırkı baş nazirin zəifliyi kimi qələmə verməyə çalışırlar. Halbuki Paşinyan deyil, onların istənilən bir namizədi də hakimiyyətdə olsaydı, yenə də Azərbaycan qarşısında labüd məğlubiyyətdən qaça bilməyəcəkdilər.

- Dediyiniz bu “mənasız qərar” Ermənistana nə qazandıracaq?

- Bayaq da vurğuladığım kimi müharibəni sonlandıran 10 noyabr aktı da, kommunikasiyanın bərpasını nəzərdə tutan 11 yanvar razılaşması da Ermənistana Azərbaycanın diqtəsi və şərtləri ilə qəbul etdirilib. Sözsüz ki bu, Azərbaycanın gücünün göstəricisidir. Ermənistan isə hazırda bütün mənalarda çox acınacaqlı durumdadır. Hətta o dərəcədə ki, artıq Qarabağı unudub, öz sərhədlərinin hayına qalıblar. Ermənistan tərəfindən fəaliyyəti dayandırılan bu komissiyanın işi eyni zamanda,  Azərbaycanla Ermənistan sərhədlərinin qarşılıqlı şəkildə tanınmasına gətirib çıxarmaq idi.
Azərbaycan dünya dövlətlərinin sərhədlərinə böyük həssaslıq və hörmətlə yanaşma mövqeyindədir. Təbii olaraq, öz sərhədlərinə də analoji münasibətin bəslənməsini istəyir. Bu gün Ermənistan bütün cəhdlərlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımaqdan boyun qaçırmaq istəyir. Bu ərəfədə onlar sadəcə, zaman qazanmağa çalışırlar. Çünki sərhədlərin delimitasiya və demarkasiyası həyata keçiriləcəyi təqdirdə, Ermənistan və Azərbaycan biri-birlərinin sərhədlərini tanımalı olacaq, onda da ermənilərin Azərbaycan ərazisi olan Qarabağla bağlı hər hansı iddia irəli sürməyə bəhanələri qalmayacaq.

- Həmişəki kimi ehtiyatlarında Azərbaycanda yaşayan erməni azlığın hüquqlarının pozulmasına dair yalançı hay-küy qaldırmaq da ola bilər...

- Sizə deyim ki, Azərbaycan ərazisində yaşayan erməni azlığın hüquqlarının qorunmaması ilə bağlı absurd iddialar da artıq öz effektivliyini itirib. Azərbaycan dünyanın ən mültikultural, tolerant dəyərlərinə malik olan ölkəsidir. Son dəfə bu reallığı  Şuşada keçirdiyimiz “Xarıbülbül” Musiqi Festivalında bütün dünyaya göstərə bildik. Yəni, artıq ermənilərin bu silahını da əllərindən almışıq. Azərbaycan cəmiyyətinin tarixən multikultural dəyərlər üzərində formalaşması hər kəsə məlumdur. Ümumilli liderimiz Heydər Əliyevin vaxtilə, çox doğru dediyi kimi, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri dilindən və dinindən asılı olmayaraq, bizim milli sərvətimizdir. Bu ideya əsasında multikulturalizm Azərbaycanda  dövlət siyasəti kimi həyata keçirilir. Ermənilər də bunu çox aydın başa düşür. Onların məsələni uzatmağa imkan verən yeganə bəhanəsi Azərbaycanın dövlət sərhədlərini tanımamaqdır. Bu da onların növbəti, müvəqqəti cığallığıdır. Yaxın zamanda Ermənistan Azərbaycanın dövlət sərhədlərini məcburiyyət qarşısında tanımalı olacaq. Ermənistan hakimiyyətinin birgə komissiyanın fəaliyyətini dayandırması ilə bağlı absurd qərarı da təbii olaraq, onlara heç bir divident gətirməyəcək.

Şəlalə Göytürk

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Hamısı