Ter-Petrosyan siyasi gələcəyini düşünmür, o, erməni xalqını bəladan qurtarmağa çalışır Şahin Cəfərli

Müsahibələr 18:19 16.06.2021

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində indiyədək Qarabağ məsələsi ilə bağlı ən açıq fikirləri səsləndirib. O, “Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, “Bundan sonra Qarabağ probleminin həlli artıq Ermənistandan asılı deyil”, “Siz razılaşmaya bilərsiniz, amma zaman ötdükcə biz İlham Əliyevlə və Türkiyə ilə hansısa razılaşmaya gəlməliyik. Qonşularla əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altında qoyur” kimi bəyanatlarla çıxış edib. Bu, Ermənistan siyasi arenasında tək-tük ağıllı siyasətçilərdən biri sayılan şəxsin reallığı qəbul etdiyini göstərir. Bəs erməni cəmiyyəti necə, reallığı qəbul edirmi? Əgər etmirsə, bu reallığı qəbul etdirmək üçün nələr baş verməlidir? Azərbaycan nə etməlidir?

Politoloq Şahin Cəfərli Eurasia Diary-nin bu və digər suallarını cavablandırıb.

- Hal-hazırda Ermənistan cəmiyyətinin fikirləri, düşüncələri, baxışları haqqında birmənalı rəy bildirmək çox çətindir, çünki erməni toplumunun baxışlarını müəyyən edən, ölçən hər hansı bir sosioloji tədqiqat hələ ki yoxdur və ya mən şəxsən rast gəlməmişəm. Bilirsiz ki, Qarabağ müharibəsində Ermənistanın ağır məğlubiyyətə düçar olmasından sonra, 16 -17 müxalif partiya bir araya gələrək İrəvanda Paşinyan hökumətinin istefası yönündə etiraz aksiyalarına  başladılar. Hətta Paşinyan hökumətin devirməyə də çalışdılar, amma bu cür aksiyalar erməni cəmiyyətindən lazımi dəstək almadı. Ən azından, biz gördük ki, onların İrəvanda təşkil etdiyi mitinqlərə toplaşanların sayı çox azdır. Məsələn, onlar heç 10 min adam toplaya bilmədilər. Müharibədə ağır və sarsıdıcı məğlubiyyətə baxmayaraq, Ermənistan cəmiyyətində əksəriyyət revanşist müxalifətin hay-küyünə dəstək vermədi və Paşinyanın yanında dayanmağa davam etdi. Erməni cəmiyyətində əksəriyyət Qarabağ müharibəsindəki məğlubiyyəti çox da dəhşətli hadisə kimi qarşılamadı və Qarabağın Azərbaycan torpağı olduğunu anlayaraq sanki bu vəziyyətlə barışdılar.  

- Ter-Petrosyan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanla razılıq əldə edilməsinə hazır olanda onu devirdilər. Hazırda Ermənistanda parlament seçkiləri ərəfəsində belə bir bəyanat onun onsuz da qürubda olan siyasi karyerasının üzərindən xətt çəkilməsi demək deyilmi?

- Fikrimcə, Levon Ter-Petrosyan hazırkı mərhələdə öz siyasi gələcəyini çox da düşünmür. O, daha çox yenə öz xalqını, öz cəmiyyətini ayıltmağa çalışır və hazırkı mərhələdə ermənilərin, erməni xalqının yalan təbliğatla aldadılmasının və yenidən baş tutmayacaq xülyalara cəlb olunmasının qarşısını almağa çalışır. Bir növ bir tarixi missiya yerinə yetirməyə cəhd eləyir. Erməni xalqını çağırır ki, “siz artıq ayılın, siz gedək hücum edək və torpaqları qaytaraq” və s. kimi iddialarla çıxış edən qüvvələrə inanmayın, onlar sizi bədbəxt eləyirlər. Düz yol budur ki, biz reallıqlarla barışmalı və bundan sonrakı həyatımızı həmin reallıqlara uyğun qurmalıyıq. Bu reallıqlar da bu regionda Azərbaycan və Türkiyə ilə sülh yaradılmasından keçir, yəni biz əgər sülh və əməkdaşlıq yolunu seçməsək və yenidən “Böyük Ermənistan” xülyalarıyla yaşamağa davam etsək, bizi yeni faciələr gözləyir”. Hesab edirəm ki, Ter-Petrosyanın məqsədi məncə, heç də seçkidə qalib gəlmək, yenidən hakimiyyətə qayıtmaq deyil. O daha çox seçkiqabağı şəraitin verdiyi imkanlardan istifadə edərək öz xalqı üçün bir növ maarifləndirici fəaliyyətlə məşğuldur.

- Eks-prezident açıqlamasında “Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb” da söyləyib. Doğrudanmı Ermənistan tam təklənib? Bəs Fransa, bəs Rusiyada, ABŞ-da və digər dövlətlərdə siyasi qərarlara təsir edə bilən ermənipərəst qüvvələr?

- Ter-Petrosyan təbii ki, doğruları qeyd edir. Yəni həqiqətən də bütün dünya, o cümlədən Ermənistanın müttəfiqi Rusiya, Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir. Rusiya prezidenti Putinin özü də qeyd etmişdi ki, beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycan ərazisidir. Yəni mən düşünürəm ki, biz əslində Azərbaycan cəmiyyəti olaraq Fransanın da Ermənistana verdiyi dəstəyi həddən artıq şişirdirik və birmənalı şəkildə Fransanı ermənipərəst dövlət kimi damğalayırıq. Ötən illərdə Ermənistan Fransa əməkdaşlığına nəzər salsaq görərik ki, bəli, siyasi, ritorika səviyyəsində Ermənistana dəstək var. Bu da təbii ki, Fransada çox böyük erməni icmasının olması ilə bağlıdır. Fransada təqribən yarım milyondan çox erməni var. Onlar Fransanın tam hüquqlu vətəndaşlarıdırlar və ölkənin daxili siyasətinə, yəni hökumətə və parlamentə ciddi təsir imkanlarına malikdirlər. Təbii ki, Fransa hökuməti və parlamenti də bunu nəzərə alaraq ermənilərə sanki dəstək verirmiş kimi görünür, amma biz məsələni praktik tərəfinə nəzər salsaq görərik ki, Fransa tərəfindən Ermənistana hansısa real dəstək indiyə qədər olmayıb və yaxud çox zəif olub. Məsələn, Fransanın Ermənistana hərbi dəstəyi varmı? Xeyr, yoxdur. Fransa Ermənistana böyük kapital yatırıbmı? Ermənistanın inkişafı üçün hansısa ciddi işlər görübmü? Yox. Yəni, hərbi, iqtisadi, maliyyə dəstəyi yoxdursa onda biz hansı real dəstəkdən danışa bilərik? Reallığa nəzər saldıqda Fransa-Azərbaycan iqtisadi əlaqələri daha dərin və daha genişmiqyaslıdır, nəinki Ermənistan-Fransa iqtisadi əlaqələri. Amerikaya gəldikdə isə əlbəttə ki, orada erməni icması var və onların da Amerika konqresmenləri və siyasətçiləri üzərində müəyyən təsir imkanları var. Amma aydındır ki Amerika dövləti ilk növbədə öz maraqlarından çıxış edir. Amerikanın maraqları da bu regionda istər Azərbaycanla, istər Ermənistanla normal əməkdaşlıq qurmaqdan keçir. Ona görə, Amerikanın da ermənipərəstliyi və yaxud da Amerikadakı erməni lobbilərinin qüdrəti məsələsi bizim ictimaiyyətdə çox böyüdülüb. Əslində erməni lobbiləri bizim düşündüyümüz qədər də qüdrətli deyillər. Və bu dövlətlərin xarici siyasətini onlar formalaşdırmır. Yəni Amerikanın da, Fransanın da xarici siyasəti ilk növbədə bu dövlətlərin öz maraqlarından irəli gələrək formalaşır.

- Ter-Petrosyan bəyanatında xələfi Robert Koçaryanı “Hakimiyyətə gəlsəm, Hadrut və Şuşanı qaytaracam” kimi müharibə anonslu boş vəd verməkdə də ittiham edib. Ermənilər tam fərqli görüşləri olan bu iki siyasətçidən hansını dəstəkləyəcək?

- Bəzi rəy sorğuları göstərir ki, Paşinyanın partiyası öz birinciliyini qoruyur, amma reytinqi bir xeyli azalıb. İkinci yerdə də Robert Koçaryanın liderlik etdiyi Ermənistan (Hayastan) blokudur. Açığı, Ter-Petrosyanın partiyasının sorğularda üst sıralarda olduğunu görməmişəm. Belə təsəvvür var ki, əsas mübarizə məhz Paşinyanla Koçaryan arasında gedəcək. Düşünürəm ki, qarşıdakı seçkilər həm də Ermənistanın gələcəyi baxımından referendum mahiyyəti daşıyır. Erməni xalqı qərar verəcək ki, onlar sülhə və əməkdaşlığa tərəfdardır, yoxsa revanşizimə. Sülhü və əməkdaşlığı təmsil edən qüvvə hazırkı Paşinyan hökuməti, revanşizimi təmsil edən də qüvvə isə Koçaryandır. Bu ikisi arasında erməni xalqı seçim edəcək.

- Nəhayət, daha bir çox ciddi və vacib məqam. Ter-Petrosyan onsuz da praqmatik bəyanatları ilə seçilirdi. Son çıxışı isə artıq mövqeyini tam şəkildə ortaya qoyması deməkdir. Və bu çıxış, bu bəyanat Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsini imzalaması ilə eyni günə təsadüf edir... Təsadüf edirmi?

- Hesab edirəm ki, Ter-Petrosyanın bəyanatı ilə Şuşa bəyannaməsinin imzalanmasının eyni vaxta təsadüf etməsi elə təsadüfdür. Yəni bunların arasında hər hansı bir qarşılıqlı əlaqə yoxdur. Bu mövqe Ter-Petrosyanın ənənəvi mövqeyidir. O hələ 90-cı illərin sonlarından bəri erməni toplumuna, erməni xalqına bu cür xəbərdarlıqlar edir və indi də öz xalqını maarifləndirmək, ayıltmaq və düzgün yola yönəltmək üçün eyni xətti davam etdirir.  

Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

“Azeri Light” bahalaşdı
11:27 02.07.2025
İrandan Azərbaycana böyük həcmdə narkotik maddə gətirilməsinin qarşısı alınıb.
11:25 02.07.2025
Niderland şahzadəsi əsgərliyə gedir
11:12 02.07.2025
"Xiaomi"nin elektrik avtomobili satış rekordları qırdı - 3 Dəqiqəyə 200 min sifariş....
10:57 02.07.2025
Aktau qəzasıyla bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər
10:44 02.07.2025
"BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi istefaya getməlidir"
10:42 02.07.2025
Süveyş körfəzində qazma qurğusu batıb
10:36 02.07.2025
“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
10:27 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
10:21 02.07.2025
Fransa ordusu Seneqaldan çıxır
10:12 02.07.2025
"Rusiya və Azərbaycanın arasındakı dostluq münasibətlərini pozmaq istəyənlər var"
10:04 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
Azərbaycan Polisi – 107 illik xidmət və fədakarlıq!
00:01 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
Hamısı