“Türkiyə Əfqanıstanı nəzarətə götürmək istərkən, Qarabağı itirə bilər” Türk politoloq həyəcan təbili çaldı

Müsahibələr 14:49 22.07.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfəri zamanı iyulun 20-də mətbuata verdiyi açıqlama zamanı Türkiyənin Əfqanıstan siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirib.

Erdoğan: Taliban'la görüşeceğiz, onun inancıyla ters bir yanımız yok - Tr724

“ABŞ hazırda öz qoşunlarını Əfqanıstandan çıxarır və bizdən yeganə tələbi Kabil aeroportunun təhlükəsizliyi qorumamızdır. Biz 20 ildir bu işi görürük. Lakin ABŞ-ın təklifi ilə razılaşmaq üçün iki əsas şərtimiz var: Diplomatik və logistik dəstək. Talibanla da anlaşmağa hazırıq və düşünürəm ki, Taliban Türkiyə ilə ABŞ-a nisbətən daha rahat və uğurlu danışıqlar apara bilər, ən azından aramızda dini fərqlər yoxdur”- deyə Ərdoğan qeyd edib.

Ərdoğanın sonuncu açıqlamaları və bütövlükdə planlaşdırdığı yeni Əfqanıstan siyasəti həm dünyada, həm də Türkiyədə geniş müzakirələrə səbəb olub. Bəzi türk siyasətçilər və politoloqlar Türkiyənin sadəcə Kabil aeroportuna deyil, bütün Əfqanıstana nəzarət etmək arzusunda və gücündə olduğuna, rəsmi Ankaranın Əfqanıstana sülhü və sabitliyi gətirə biləcəyinə inanır.

Mövzu ilə bağlı türk politoloq, “S Bilisim” siyasi konsaltinq şirkətinin rəhbəri Serdar Sement Eurasia Diary-ə eksklüziv açıqlamalar verib.

Siyasi analist Sement'ten cezaevlerindeki kapasite eksikliğiyle ilgili  önemli uyarı - İstanbul haberleri

“Türkiyə Əfqanıstan bataqlığına heç bir şərt müqabilində girməməlidir”

“Məncə, ABŞ Əfqanıstandan qoşunlarını tam şəkildə çıxardıqdan sonra sadəcə Kabildə deyil, bütün Əfqanıstanda türk ordusunu yerinə qoymağa çalışacaq. Onsuz da Vaşinqton bununla bağlı artıq öz təklifini edib. Görünür, Ərdoğan bu təklifə müsbət cavab verib və yavaş-yavaş Əfqanıstan siyasətinin əsas istiqamətlərini açıqlayır. Lakin belə düşünürəm ki, bu çox riskli bir siyasətdir. Türkiyə Əfqanıstan bataqlığına heç bir şərt müqabilində girməməlidir. ABŞ dövründən sonra həm Əfqanıstanın, həm də Talibanın bir az vaxta ehtiyacı var. Hazırda isə bu ölkə zibillik, xarabazardır, yenidən qurulması, düzəldilməsi mümkün deyil. Ən önəmlisi isə odur ki, Əfqanıstanı kənardan heç kim düzəldə bilməz, bunun üçün əvvəla ölkə daxilində milli birlik qurulmalıdır”.

“Türkiyəyə düşmən olan qüvvələr beynəlxalq aləmdə bunu əllərində bayrağa çevirib bizi ittiham edəcəklər”

“Bir çoxları Türkiyəni ruslar və amerikalılarla müqayisə edir və sual verirlər ki, onlar Əfqanıstana girdi, Türkiyə niyə girə bilməsin? Unutmaq olmaz ki, Rusiya və ABŞ Əfqanıstanda  hava hücumları zamanı sivil vətəndaşları hədəfə almaqdan çəkinmədilər. Təsəvvür edin, Taliban Amerikanın Əfqanıstandakı hərbi bazalarını vurduqda amerikalı pilotlar onların nəzarətində olan bütün məntəqələrə aviazərbələr endirirdilər. Talibanın nəzarətində olan hər məntəqəyə atəş edilə bilərdi, orada dinc sakinlərin olub-olmaması heç kimi maraqlandırmırdı. Ruslar da məsələyə belə yanaşırdılar. Lakin biz, türklər belə döyüş taktikalarından istifadə etmirik və edə bilmərik. “Afrin” və “Zeytin Dalı” əməliyyatlarını incələyin, görəcəksiniz ki, biz bir dinc vətəndaşların canları və mallarına zərər gəlməməsi üçün necə incə və mədəni döyüş aparmışıq. Əfqanıstanda bu mümkün olmayacaq və ilk uğursuz əməliyyatda, ilk dinc sakin həlak olanda Türkiyəyə düşmən olan qüvvələr beynəlxalq aləmdə bunu əllərində bayrağa çevirib Türkiyəni ittiham edəcəklər”.

“PKK, Hizbullah, İŞİD bitdi, indi də Taliban başlasın?”

“Rusiya və ABŞ Əfqanıstanda çox rahat qan tökürdü və arxayın idi ki, Taliban onların ölkələrində terror aktları törədə bilməz. Türkiyə isə illərlə PKK, Hizbullah, İŞİD və digər terror təşkilatlarının ölkəsində həyata keçirdikləri terror aktlardan əziyyət çəkib, minlərlə türk terrorun qurbanı olub. PKK, Hizbullah, İŞİD bitdi, indi də Taliban başlasın? Məncə, heç doğru olmaz və belə fikirləşirəm ki, Milli Müdafiə naziri Hulusi Akar da qeyd etdiyim səbəblərdən silahlı qüvvələrin Əfqanıstana göndərilməsinə qarşıdır”.

“Türkiyə Əfqanıstanı nəzarətə götürmək istərkən, Qarabağı itirə bilər”

Cumhurbaşkanı Erdoğan, Putin ile Karabağ'ı görüştü – Yeni Çağ

“Digər bir tərəfdən, Türkiyənin Əfqanıstana girməsi Rusiya ilə münasibətləri daha da gərginləşdirə bilər. Suriya, İdlib, Qarabağ, Kırım, Liviya və digər regionlarda Türkiyə və Rusiya arasında ciddi fikir ayrılıqları, hətta problemlər var.  Bu siyahıya Əfqanıstan/Orta Asiyanı əlavə etmək doğru deyil. Çünki bunu etmək üçün Türkiyənin nə gücü, nə də regional dəstəyi var. Əfqanıstan Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi baxımından geostrateji əhəmiyyətə malik ölkədir. Əfqanıstan-Tacikistan sərhədini buna görə Rusiya qoruyur. İndi Türkiyə Rusiyanın cənub sərhədinə daxil olsa və ya bu sərhədi təhdid etsə, ruslar Qarabağda, İdlibdə Ankaraya çox sərt cavablar verə bilər.  Türkiyə Əfqanıstanı nəzarətə götürmək istərkən, Qarabağı itirə bilər”

“Vaşinqton Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirmək, iki dövlət arasındakı münasibətləri zədələmək istəyir”

“ABŞ-ın da əsas məqsədi budur. Vaşinqton Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirmək, iki dövlət arasındakı münasibətləri zədələmək istəyir. Burada Britaniyanın da maraqları var. İngilislər Türkiyə vasitəsilə Əfqanıstana yerləşmək arzusundadır, sizə deyim ki, amerikalılar burada ruslarla münaqişəyə girməz, amma ingilislər müharibəni belə gözə ala bilər. Qısası, Əfqanıstan bataqlığından nə qədər uzaq dursa, Türkiyə üçün bir o qədər yaxşıdır...”

Nicat İsmayılov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Hamısı