"Kərəm Mustafayevə də yeni vəzifə verilə bilər" Ekspert ordudakı yeni təyinatlardan danışdı

Müsahibələr 16:44 23.07.2021

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə  general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan müdafiə nazirinin müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov olub. O, 1993-2020-ci illərdə bu postda olub.

Bəs yeni Baş Qərargah rəisi Kərəm Vəliyev kimdir?

General-leytenant Kərim Vəliyevin anası Leyla xanım dünyasını dəyişib |  QAZAX

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən Kərim Vəliyev müdafiə nazirinin müavini kimi ictimaiyyətə tanışdır. Lakin onun keçdiyi hərb yolu cəmiyyətdə maraq doğurur.

Bu vəzifədən öncə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini vəzifələrini icra edən general-leytenant Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.

O, 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Prezident İlham Əliyevin sərəncamı ilə 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni, 2005-ci ildə "Vətən uğrunda" medalı və 2012-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

2014-cü ildə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

Vətən Müharibəsində şəxsən iştirak edən general “Zəfər” ordeni,  Ağdamın, Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. 

Kərəm Vəliyevin Baş Qərargah rəisi təyin edilməsi və orduda gözlənilən digər təyinatlar barədə hərbi ekspert Ədalət Verdiyev Eurasia Diary-ə eksklüziv açıqlama verib:

Könüllü döyüşçülərin STATUS “DÜYÜNÜ”: “Şəhid olanlara müvafiq status  verilibsə, o zaman…” – Ədalət Verdiyev

“General-leytenant Kərəm Vəliyev həm birinci, həm də ikinci Qarabağ-Vətən Müharibəsində əlində silah əsgərlərinin önündə döyüş yollanan azsaylı generallarımızdan biri olub. İstər orduda hazırda xidmətdə olan, istərsə də ehtiyata çıxmış zabitlərimizdən demək olar ki, heç biri Kərəm Vəliyev haqqında mənfi bir fikir söyləməyib. Öz xidmət yoldaşları və tabeçiliyində olan zabitlər arasında şəxsi nüfuzu və hörməti ilə seçilən generallarımızdan biridir. Ona görə də mən bu təyinatın çox uğurlu olduğunu düşünürəm. Vətənimizə, millətimizə xeyirli olmasını diləyirəm”-deyə ekspert qeyd edib.

“Təbii ki, orduda başqa yeni təyinatlar da gündəmdədir. Müdafiə nazirinin şəxsi heyət üzrə müavini postuna Kərəm Vəliyevdən sonra yeni bir kadr gətiriləcək. Eyni zamanda Quru Qoşunları Komandanlığnın yaranması da ehtimal edilir. Mən bir çox zabitlərimizin Vətən Müharibəsindəki şücaətlərinə görə irəli çəkiləcəkləri fikrindəyəm, lakin onların konkret adlarını çəkə bilmərəm. Sadəcə, Əhaliddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin yeni bir vəzifə alacağını deyə bilərəm, lakin bu da mənim şəxsi fikrimdir.” – deyə Ə.Verdiyev şəxsi proqnozlarını bizimlə bölüşüb.

Nicat İsmayılov

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı