"Onlara toy" Hindistanda nağıla bənzər toylar necə keçirilir? Müsahibə

Müsahibələr 20:00 16.05.2022
Hər bir millətin özünə xas tarixi, mədəniyyəti, milli-mənəvi, dini  dəyərlərinə söykənən fərqli toy adət-ənənələri var. Elə bu səbəbdən də hər bir xalqın özünəməxsus, maraqlı bəzən təəccübləndirən toy qaydaları mövcuddur.

Mövzunun cəmiyyət arasında geniş maraq doğurduğunu nəzərə alaraq, Ednews oxucuları üçün mütəmadi olaraq dünya toy adət-ənənələri haqqında maraqlı faktları təqdim edəcək. 

Bu dəfə ”Onlarda toy” rubrikasının qonağı nağılabənzər toyları ilə məşhur olan Hindistandır. Filmlərdən alışdığımız nağıla bənzər həqiqət, yuxuya bənzər gerçəklik olan Hindistan toyları əslində necə təşkil olunur?

 Bu ölkənin qeyri-adi və maraqlı toy adət-ənənələrini haqqında bizə hindistanli müsahiblərimiz Manişa Mehtar, Madan KumarKesava Revur daha ətraflı məlumat verəcəklər.

Ednews hindistanlı qonaqlarımızla olan maraqlı müsahibəni təqdim edir:

-  Xoş gördük. Bu gün istəyirəm, nağıllara bənzədilən  Hindistan toylarından danışaq.  Vaxtilə maraqla seyr etdiyimiz hind filmlərinin ayrılmaz hissəsi olan toy ənənəsi barədə nə deyə bilərsiniz?

- Manişa Mehtar: Toy bizim adətlərə görə ilahi bir qanundur. Bu tanrının qanunudur və bu qanuna görə qız özünə uyğun oğlanı, oğlan isə öz sevdiyi yarını taparaq, onunla nikah bağlayır. Bizim anlayışımızda toy birləşmək deməkdir. 

- Madan Kumar: Toy deyəndə ilk olaraq bizim təsəvvürümüzə rəngarən bəzədilmiş şənliklər gəlir. Bu 5, 7 və daha uzun günlər davam edən şənliklərdir və burada bütün dostlar, tanışlar, doğmalar bir araya gəlir. Toy iki cütlüyün uzun zaman birlikdə yaşamasını qeyd edən özəl bir festivaldır. Bu festival həm də orada verilən ləziz yeməkləri, şən musiqiləri və bir də gözəl şərabları ilə məşhurdur. 

Традиции индийской свадьбы - Туристическое агентство

- Bu gün müasir toylar keçmiş şənliklərdən hansı ənənəsinə görə fərqlənir?  Bu haqda hansı maraqlı anları bizimlə bölüşə bilərsiniz? 

- Manişa Mehtar: Bilirsiniz, Hindistan böyük bir ölkədir və burada mədəniyyət, milliyyət və din bir-birindən çox fərqlənir. Məsələn, bizim ən tipik toylar Hindi toylarıdır. Hər bir mədəniyyətdə olduğu kimi toy təşkil edilərkən hər iki tərəfi təmsil edən ailə birgə qərarlar qəbul edir və toyun ən incə məqamlarını birlikdə müzakirə edərək, planlaşdırırlar. Toy zamanı çox kiçik və incə məqamlar, ənənələrə diqqət yetirilir və bu hər iki tərəfin ailələri üçün böyük əhəmiyyət kəsb edir. Ən normal toy bizdə “Qaneş Pudja” adlanır və bu 7 vəddən ibarət olur. Hindi dilində bunlar “fera” adlanır. Məsələn, birinci fera, gözəl və ləzzətli qida və yeməklər üçün vəd, ikinci fera güc üçün, üçüncü fera əminamanlıq və sair gözəl vədləri özündə ehtiva edir. Müasir dövrdə biz bunu üzük taxma mərasimi, toy öncəsi fotosessiya və video çəkilişləri kimi tədbirlərlə süsləyirik.   

- Madan Kumar: Müasir toylarla keçmişdəki toyların müqayisəsinə gəldikdə, mən demək istərdim ki, bu gün gənclər toydan öncə tanış olur, bir-birlərini yaxından tanımağa çalışır. Məsələn, əvvəllər gənclər sırf ailələrin istəyi ilə evlənirdisə, bu gün həm oğlan, həm də qız bir-birini kollecdə və ya sosial həyatda tanıyaraq, daha sonra ailələrinin təşəbbüsü ilə evlənmək qərarına gəlir. 

- Manişa Mehtar: Bəli, az öncə Madan Kumar bəy qeyd etdiyi kimi, müasir toylar daha bir başa ailələrin istəyi əsasında baş tutmur. Gənclər artıq tanış olur və bir müddət görüşüb bir-birinə isnişməyə başlayır. Ailələr artıq ikinci plana keçib. Onlar ən sonda cütlüklərin qərarından sonra bir-biri ilə tanış olur və ən sonda birgə qərar əsasında toy müəyyən edir. Ən əsası budur ki, artıq gənclər və onların ailələri arasında nə mədəniyyət, nə də din ayrı seçkiliyi mövcud deyil. İstənilən dindən olan biri digər din mənsubuna hörmət edərək onunla evlənə bilər.   

- Madan Kumar: Düzdür, Manişa xanımın fikirlərinə qatılıram. Hindistanda bu gün nəinki din fərqi, hətta milliyyət fərqi belə qoyulmur. Başqa millətə məxsus biri hindistanlı qız və ya oğlanın ailəsinə elçi gələ və evlilik təklif edə bilər. Bu ailələr üçün bir problem deyil. 

Фотосъемка индийской свадьбы с помощью Canon EOS R - Canon Azerbaijan

- Bildiyiniz kimi, evlilik 3 əsas mərhələdən ibarət olur: görüş, nişan və ən sonda toy mərasimi. Bu mərhələ Hindistanın bütün ştatlarında eyni formada və ardıcıllıqla həyata keçir? 

- Manişa Mehtar: Az öncə qeyd etdiyim kimi, Hindistanda ailələr artıq gənclərə bir çox səlahiyyətləri verməyə çalışır. Artıq hər şey əvvəlki kimi deyil. Lakin bəzi ailələr gənclərin görüşməyi və onların bir müddət birgə yaşamaları barədə narazılıq da ifadə edir. Məsələn elə ailələr olur ki, qızlarının oğlanla toydan əvvəl birgə yaşamasına razılıq vermir. Bu təbii ki, bölgələrə, regionlara və dinlərə görə də dəyişir. Qızla oğlanın toydan əvvəl görüşməsi hazırda Hindistanda 50/50-yə mümkün olan prosessdir. Ümumilikdə isə hər bir hindistanlı bölgəsindən asılı olmyaraq “feyraz” vədlərinə riayət edən bir toy şənliyi təşkil edir.  

- Madan Kumar: Əlavə olaraq, bunu demək istərdim ki, gənclərin görüşməsi fenomenal bir hadisə olsa da, Hindistnda geniş yayılmağa başlayıb. Bəzi ailələlər ilk andan gənclərin görüşməsinə normal baxır, digər ailələr isə ən azı nişandan sonra buna razılıq verir. Bu ailələrin istəyinə görə də dəyişən bir qaydadır. Amma yenə də gənclərin evlilikdən öncə görüşməsi müsbət hal kimi qəbul edilir. Çünki bu ailə qurduqdan sonra yaranacaq problemlərin bəri başdan qarşısını almağa çox kömək olur. Gənclər ən azı bir-biri ilə uzun müddət yaşaya biləcəklərinə əminlik duyğusunu özündə formalaşdıra bilir. 

- Hindistan filmlərdə gördüyümüz toylarla, real həyatdakı toylar eynidirmi?

Shaandaar Is 'India's First Destination Wedding Film' + 19 Other Films That  Had Everything To Do With Weddings

20 Bollywood Movie Weddings to Take Inspiration From

- Madan Kumar: Əslində, mən deyərdim ki, Hindistanda real həyatda olan toylar filmlərdə göstərilən toylardan daha rəngarəng və maraqlı olur. Çünki filmlərdəki toylar sadəcə spesifik anları təsvir edir. Real toylar isə daha şən və əyləncəlidir. Xüsusilə, Hindistanın ştatları çox olduğu kimi toy adətləri də yüzlərlədir. Bu səbəbdən də mən deyərdim ki, əsl Hindistan toyları filmlrdə gördüyünüz toylardan daha rəngarəng və əylncəlidir. 

- Manişa Mehtar: Mən Madan kumar bəylə razıyam. Toylarımız çox əyləncəlidir və buna qədər olan hazırlıq mərhələsi də bir başqa maraq doğurur. Burada maraqlı olan toy geyimləri, bəzək və digər vasitələr son dərəcə cəlb edicidir. Nə üçün real həyatdakı toylar filmlərdəkindən fərqlənir. Səbəb budur ki, real toylarda çox sayda festivallar, ənənəvi tədbirlər yer alır və bunlar toya rəng qatır. Filmlərdə isə yalnız məhtud formada toy şənliyi təsvir olunur, yəni yalnız standart bir toy tədbiri kimi. 

- Hindistanda xarici vətəndaşla evliliyə necə baxılır? 

Priyanka Chopra and Nick Jonas had a fun-filled Hindu wedding: Check out  the photos!- The New Indian Express

- Kesava Revur: Mən Hindistanın ayrı bir ştatındanam. Məsələn, bizim adətlərdə buna çox gözəl baxılır. 

- Manişa Mehtar: Hindistanda bütün dinlərə və adətlərə hörmətlə yanaşılır. Xüsusilə bizdə gəlinlər xristian dinindən olan bəylərə üstünlük verir. Onlar düşünür ki, xristianlara aid geyimlər və dəbdəbə daha çox cəlbedicidir. Qızlar bunu həmişə özlərində xəyal edir.

Rəna Mürşüd

Индийская свадьба. Королевские приемы меркнут перед украшениями индийских  невест | GEM STONES | Яндекс Дзен

Priyanka Chopra's wedding kalira was customised to include these 'amazing  details' | Lifestyle News,The Indian Express

Photo Album for Aju Photography | Wedding Photographers in Chennai -  Wedmegood


Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı