Rafiq Əliyevlə AD GÜNÜ SÖHBƏTİ: “Ağdam heç vaxt xatirələrimdəki kimi olmayacaq” MÜSAHİBƏ

Müsahibələr 14:01 10.02.2023
Bu gün dünya elminin qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində  nadir mütəxəssislərdən olan professor Rafiq Əliyevin 81 yaşı tamam olur. 1942-ci ilin bu günündə Ağdamda anadan olan, dünyanın bir çox ölkələrinin məhşur universitetlərində mühazirələr oxuyan, dərslikləri uzun müddətdir metodik vəsait kimi tədris edilən Rafiq Əliyev ad günü təəssüratlarını Ednews-la bölüşüb:
 
- Özünüzü necə hiss edirsiniz? 
 
- Allaha şükür, şikayətimiz yoxdur. Türkiyədə baş verən zəlzələyə görə üzgünük. Türk qardaş-bacılarımızın düşdüyü vəziyyət ağırdır. Bundan savayı səhhətim yaxşıdır, işləyirəm. Azdan çoxdan elmlə məşğul oluram. 
 
- Rafiq müəllim, öncə doğum gününüzü təbrik edirik. Hər bir oxucu üçün maraqlıdır. Rafiq Əliyev doğum gününü necə keçirir?
 
- Çox sağ olun. Rəhmətlik Lütfi Zadənin ad gününü təbrik edəndə deyərdi ki, bilmirəm, kədərlənim yoxsa sevinim. Deyirdim ki, niyə? Deyirdi ki, axı 1 il də ömürdən getdi. İndi onun sözü olmasın, bilmirəm, sevinim ya kədərlənim?! Hər halda ömürdü də, Allah bu ömrü verib bizə. Biz də ömrü yaşamalıyıq. Ömür plagiat deyil, özüməməxsus bir sirrdir. Ömür nə qədərdisə, lap neçə il olursa olsun, 50, 100, 120 il fərq etməz. Bütün zaman baxımından çox ani, kiçik bir hissəcikdir, gözə görünməyən. Nə qədər kiçik olsa da elə yaşamalısan ki, o kiçik anda bir iz qoya biləsən. İndi, bilmirəm, bunu 50 ildən sonra dəyə bilərlərmi? Bir izim qalsaydı özümü xoşbəxt hiss edərdim. 
 
- Mütləq ki, sizin gördüyünüz işlər bu ölkə üçün, bu dünya üçün bir iz saxlayacaq. Ağdamın işğaldan azad edilməsi sizə necə təsir etdi? Gedə bildinizmi ora?
 
- Ağdama getdim. Gələndə də bir yazı yazdım. Ağdamı 30 ildən sonra belə görəcəyimi gözləmirdim. Orada ikili hiss yaşadım. Birinci ən gözəli idi. Çünki uzun ayrılıqdan sonra torpağımda idim. Bu söz sizə adi və sadə gəlməsin.  30 ildir həsrətlə gözlədiyim torpağıma, qibləgahım hesab etdiyim Ağdamıma qovuşdum. Ağdamı görəndə bütün xatriələrim zədələndi. Amma min şükür ki, torpaq azad oldu. Şəhər yenidən tikiləcək, yaranacaq, bərpa ediləcək, amma mənim xatirələrimdəki Ağdam olmayacaq. Ola bilər, ondan da yaxşı olsun. Müasirlik baxımından. 
 
- 80 illik ömür... Bu ömrü 2 cümləyə sığdıra bilərsinizmi?
 
- İki cümləyə sığdırmaq mümkün deyil. Mənim dizimdə göy bir rəng var. Vaxtı ilə biz Ağdamda yaşayanda, hətta baxmayaraq atam İpək zavodunun  direktoru idi. 90 manat maaş alırdı. Yay vaxtı kitab almağa pulumuz çatmazdı. O qədər dürüstlük, düzlük vardı... Üçüncü sinifdə oxuyanda barama saxlayardım. Tutun cır formasından yarpaqlar yığardıq, o qurd yeyib, sonra barama əmələ gətirərdi. Elə oldu ki, dəhrə getdi dizimə girdi. Bibim, (əmimin yoldaşına bibi deyə xitab edirik) siqaret külünü dizimə basdı. Sonra müalicə olundum, amma bu vaxta kimi o göy orda qalıb. O göy rəng mənim həyat marağımdır. Göy rəngə baxa-baxa yaşamışam. Yəni ki, düzgünlük, heç bir nəfsə qul olmayasan. Çalışdım ki, belə bir ömür yaşayım. 
 
Söhbətləşdi: Oğuz Ayvaz
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Hamısı