Leninin azərbaycanlılara qarşı xüsusi kini, Şaumyana yazdığı məktub, "Böyük Ermənistan" yaratmaq xülyası 31 Mart Soyqırımında GİZLİ PLANLAR

Müsahibələr 12:00 31.03.2023

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Ermənistanda məxfi arxiv sənədlər var - MÜSAHİBƏ

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar on minlərlə günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Ednews-a müsahibəsi zamanı qeyd edib ki, martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.

Sözügedən müsahibəni təqdim edirik:

-“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı meyiti qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır” bunu 1918-ci ildə 31 mart soyqırımın şahidi olan bir alman qeydlərində yazıb. Ermənilərdə azərbaycanlılara qarşı aqressiya haradan idi ki, hələ 18-ci ildə bunlar belə vəhşiliklər edirdi? Bunun kökündə nə dayanırdı? 

-Hələ XVIII əsrin əvvəllərində I Pyotr zamanında Rusiya isti dənizlərə (Qara və Aralıq) yiyələnmək üçün planlar hazırlamağa başladı. 1804-1812-ci illər Rusiya-İran müharibəsinin gedişində 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi P.D.Sisianovun  imzaladıqları Kürəkçay müqaviləsinə, əsasən, Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Müharibədə Rusiyanın qələbəsi nəticəsində Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan xanlıqları işğal edildi. İşğalın nəticələri 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan sülh müqaviləsi ilə təsdiq olundu. Ermənilərin Qafqaza böyük planlı köçürülmələrini müasir dil ilə desək, “bütün Zaqafqaziyanı qana boyamışdı”. 

Saray müşaviri V.F.Maevski yazırdı: ““Daşnaksutyun” və ona bənzər cəmiyyətlər istər Türkiyədə, istərsə də Qafqazda erməni xalqının əsas bəla mənbəyidir”.

Maraqlıdır ki, “Daşnaksutyun” partiyasının yaradıcıları və liderlərindən biri O.Kaçaznuni 1923-cü ildə yazırdı: “Qəddar taledən şikayət etmək və bizim bədbəxtçiliyimizin səbəbinin bizdən kənarda axtarmaq acıdır – bu bizim milli psixologiyamızın xarakterik cəhətlərindən biridir”. Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi XX əsrin əvvəllərində də davam edirdi. Onlar artıq istər Qərb dövlətləri, istərsə də Rusiyanın siyasətinin əhəmiyyətli alətinə çevrilirdilər.

Qafqaz cəbhəsində hərbi əməliyyatlar zonasından çox sayda erməni Cənubi Qafqaza gəldiyi bir zamanda Qafqaz canişini Qafqazda torpaq islahatı aparmağı düşünürdü. Bu islahatın məqsədi barədə Rusiya Dövlət Şurasının üzvü A.M.Eristov “Birjevıe vedomosti” qəzetində dərc edilmiş məqaləsində yazırdı: 

“Görməmək mümkün deyildir ki, söhbət yalnız başdan-başa bircə erməni ərazisi yaradılması haqqında gedir”. Hərbi əməliyyatların gedişində Cənubi Qafqaza gələn ermənilər yenə də, əsasən, azərbaycanlılara məxsus torpaqlara yerləşdirilirdilər. Erməni qaçqınlara yardım üzrə Mərkəzi Komitəsinin fəxri sədri Yepiskop Mesrop ermənilərə yardım kampaniyasına başlayan Petroqrad şəhər başçısına 100 min Türkiyə ermənisini Qafqaz diyarında yerləşdirmək ümidində olduğunu yazırdı. Ermənilərin yerləşdirilməsi böyük şəhərlərdə münasibətləri kəskinləşdirdiyindən Bakı general-qubernatorunun təqdimatı ilə onların Bakı şəhərinə kütləvi yerləşdirilməsi qadağan edildi. 1915-ci ilin yanvar ayında İrandan Qafqaza köçürülən ermənilərin sayı 20 min nəfər idi.

-Mart soyqırımının həyata keçirilməsində "Böyük Ermənistan" yaratmaq xülyasında olan ermənilər əsas rol oynayırdılarsa, bu böyük oyunun arxasında, bilavasitə başında o dövrün Sovet imperiyası dayanırdı. Bu iddialar barədə nə deyə bilərsiniz? Tarix bizə nə göstərir? Qeyd edək ki, ondan  bir müddət sonra ADR quruldu.

-“Baku” qəzeti “Kavkazskoe slovo” qəzetinə istinadən yazırdı ki, 1915-ci ilin əvvəllərində İranda rusların işğal etdikləri ərazilərdən köçürülən və sayı 100-120 min nəfər olan ermənilər, əsasən, Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan, Aleksandropol və Yelizavetpolda yerləşdirilmişdilər. 1915-ci ilin martında keçirilən Eçmiadzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı. Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişinin sərəncamına əsasən Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi. Bundan sonra ermənilərin Azərbaycan əraizlərində silhalı hücumları daha geniş miqyas almağa başladı.  Bu illərdə baş verən qanlı hadisələrdən çox insanlar zərər gördü.  1905-1907-ci illər hadisələri göstərdi ki, XX əsrin əvvəllərinədək Azərbaycan torpaqlarını “dinc” üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirdilər. Bununla belə, milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala bilmişdilər. 1912-ci ildə Rusiya imperiyası Xarici İşlər Naziri S.D.Sazonov Nazirlər Kabinetindəki məruzəsində “Rusiyanın məqsədi, nəyin bahasına olursa-olsun, türklər, kürdlər və bizim tatarlar arasında oları səddi - Ermənistanı yaratmaqdır” söyləməklə ermənilərlə bağlı plan və məqsədlərini açıqlamışdı.

Əldə olan sənəd və materialların hətta ötəri də olsa nəzərdən keçirilməsi belə bir nəticə çıxarmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, Şamaxı, Lənkəran və s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı və Amazasp, Tatevos Əmirov və başqaları kimi daşnak cəlladların əli ilə törədilmiş qanlı cinayətlərlə, onun qərbində (Naxçıvan, İrəvan Zəngəzur və Qarabağ) baş vermiş vəhşiliklər arasında üzvi bir əlaqə vardır. Bu qanlı cinayətlərin bir məqsədi olduğunu göstərir. O məqsəd “Böyük Ermənistan” sərsəmləməsi naminə törədildiyi və vahid mərkəzdən yəni, Rusiyadan idarə olunduğu arxiv, sənədləri işıq üzü gördükcə daha çox aşkara çıxır. Əks təqdirdə, “Türkiyə Ermənistanı haqqında” Rusiya Sovet hökumətinin 29 dekabr 1917-ci il tarixli-dekreti ilə “türklərin zülmü altında inləyən” erməni qardaşlarının dadına çatmaq, məhz buna görə də ermənilər bu soyqırım planını həyata keçirdilər. Bu dəhşətli soyqırımları törətməkdə Şaumyanın və onun ətrafında birləşmiş Andronik, Mikoyan, Lalayan, Namazasp, Arakelyan, Əmiryan kimi daşnaklar qrupunun bir məqsədi var idi: azərbaycanlıları son nəfərinədək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisini boşaltmaq. 

-Sonradan Sovet Azərbaycanının “qəhrəman”ına çevrilən Şaumyanın hansı rolu var idi bu hadisələrdə?

-1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökümətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin edir. 9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilmişdir.General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdır:

Hörmətli yoldaş Şaumiyan:

Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik.

Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir.

Bütün dostalara xoş arzular və salamlar.

— V. Ulyanov (Lenin)

Azərbaycanlıların 1905, 1906 və 1918-ci il soyqırımlarının ideya müəllifi Lenin idi. 

Leninin Azərbaycan xalqına nifrətinin kökündə tarixi bir səbəb dururdu. Çar Rusiyası dövründə Çarın ən yaxın qorumaları Naxçıvanskilər idi. Qardaşı Çara terror hadisəsi düzənləyən zaman məhz igid Naxçıvanskilər onun qarşısını almışdılar. Qardaşı isə ölüm hökmü ilə cəzalandırılmışdır. 

Leninin Azərbaycan xalqına və zəngin Xəzər dənizi sahilində olan Bakıya qarşı xüsusi planı var idi. Buna görə də soyqırımları törətməkdə Şaumyanın və onun ətrafında birləşmiş Andronik, Mikoyan, Lalayan, Namazasp, Arakelyan, Əmiryan kimi daşnaklar qrupuna bir tapşırığı var idi: "Azərbaycanlıları son nəfərinədək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisini boşaltmaq"

Məhz Şamuyana 500 min qızıl pulu Lenin əmri ilə vermişdilər. Leninin tapşırığı ilə beş min Osmanlı ərazilərində yaşayan erməni silahlıları Bakıya dəvət edilmişdi. Ermənilərə beş min silah, iki zirehli qatar və bir hərbi gəmi Leninin əmri ilə verilmişdir. 1918-ci il mart soyqrımları zamanı ermənilərin etdikləri talanlardan sonra ermənilərə başçılıq edən Stepan Şamuyana 80 milyon manat dəyərində qızıl, pul və digər əşyalar qalmışdı.

Stepan Şamuyan Bakıda 1500 əsgərdən ibarət 39-cu ingilis briqadasının rəhbəri ingilis general Laynl Denstervillə razılaşmış idi ki, Bakı neftinin ixracın ingilislər keçirəcək, maliyyəsin isə erməni xristian icması alacaq. Bunun üçün isə Türklərin ölkəyə gəlməsinin qarşısı alınmalı idi.

-Sonradan bu hadisələr insanların yaddaşından necə tez silinə bildi? Çünki Sovet Hakimiyyəti qurulanda hadisədən 2 il keçmişdi və şahidlər çox idi. Onlara qarşı hansı tədbirlər görüldü? Necə oldu insanlar susduruldu və qəbirlərin üzərində park yaradıldı?

-Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bu rəqəmi təkzib edən Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında Mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, “biz Bakıda 25 min nəfəri qətlə yetirmişik. Təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi”, – tarixçi alim əlavə edib.

31 mart soyqrımı 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salıblar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. 1918-ci ilin mart-may aylarında Qubada tikinti ilə əlaqədar qazıntı işləri aparıldığı zaman iki iri quyuda tapılmış saysız-hesabsız insan sümükləri erməni vandalizmini təsdiqləyən əyani nümunələr, faktlardır. Artıq bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Qubanın özündə Hamazaspın əsgərləri dörd milyon manat nağd pul, xeyli qızıl pul, qiymətli daş-qaş və beş milyon manatlıq əşya, iyirmi beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. Həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan həbs edilərkən (öz məsləkdaşları ilə birlikdə) onun yük çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur. Təkcə Qubanın özündə Hamazaspın dəstəsi 105 ev yandırmışdır.

1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, Qarabağda 157 kəndi bütün məscidləri, məktəbləri, qədim memarlıq abidləri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdılar.

Bütün bunlara baxmayaraq bolşevik ideyası elə təbliğat qurdu ki, hadisə unudulmağa başlandı, hətta bu hadisə barədə olan əksər sənədlər, qəzetlərdə gedən yazılar da yerli-dibli yox edildi. Bu Lenin və Stalinə lazım idi, ona görə də onlara xidmət edən Azərbaycan rəhbərliyi bu məsələnin üstündən sakitcə keçdilər.

-Bu gün Mart soyqırımı ilə bağlı hansı sənədlər var? Ümumiyyətlə, bununla bağlı açılmayan arxiv sənədləri qalıbmı?

- Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının arxivində sənədlər qalır, şahid ifadələri qalır. 1918-1920-ci illərdə Azərbaycana qarşı törədilən soyqırımları sübut etmək üçün müxtəlif ölkələrdən tarixi sənədləri var. Azərbaycanlıların soyqırımının qurbanlarının siyahısı, arxiv sənədləri var. Sənəd çoxdur, lakin elə sənədlər var ki, onlar qalıb, üzərində işləmək lazımdır. Rusiya, Ermənistanın Matandaran kilsəsinin arxivi, Gürcüstan, İran, Türkiyə, Amerika, Britaniya arxivlərində hələ də çoxsaylı sənədlər qalmaqdadır. 

-Ermənilər xalqımıza qarşı daha hansı soyqırımlar törədiblər?

-Bu davamlı olaraq baş verib. Ruslarla birləşib törətdikləri represiyyalar da soyqırımdır, tarixi yerlərimizin əllərimizdən alınaraq erməniləşdirilməsi də soyqırımdır. Quqark qırğını, Qara Yanvar, Malıbəyli və Quşçular qətliamı, Qaradağlı soyqırımı, Xocalı faciəsi, Ağdaban soyqırımı, Ballıqaya soyqırımı və Başlıbel faciəsi bunlar hamısı beynəlxalq soyqırımlar haqqında maddələrə tam uyğun gəlir.

Aysel Şahmar

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
Hamısı