Azərbaycan və Ermənistan arasında sülh mümkün olduğundan daha yaxındır - Rachel Avrahamdan ÖZƏL - ednews.net

31 May, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycan və Ermənistan arasında sülh mümkün olduğundan daha yaxındır - Rachel Avrahamdan ÖZƏL

Müsahibələr A- A A+
 
“Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh mümkün olduğundan daha da yaxındır”
 
Bu sözləri Ednews-a Dona Gracia Diplomatiya Mərkəzinin baş direktoru Reyçel Avraham Azərbaycan, Rusiya və Ermənistan arasında Moskvada baş tutan üçtərəfli görüşü şərh edərkən deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın xüsusi nümayəndəsinin konfransda çıxışını dinlədikdən sonra bu qənaətə gəlib:
 
"Mən Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada dediklərini də eşitdim və düşünürəm ki, vəziyyəti nikbin olaraq dəyərləndirmək olar. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyasa və Zəngəzur dəhlizinin açılmasını həll etsələr, hesab edirəm ki, bu daha böyük potensialın əldə olunmasına şərait yaradar".
 
Sonda jurnalist qeyd edib ki, sülh prosesinə mane olan qüvvələr hər zaman olacaq.
 
"Hər zaman İran kimi sülhü pozmaq istəyən insanlar var və olacaq, lakin biz ehtiyatlı davranış sərgiləməliyik. Ümid edək ki, məsələ hər iki xalqın xeyrinə həll olunacaq".
 
 
 
Ülviyyə Şahin


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...