Son günlərdə İran Azərbaycanla sərhəddə təkrar aktivləşib. Molla rejimi Arazın o tayından sərhəd ölkələrini gücünü nümayiş etdirir. İran açıq şəkildə bəyan edib ki, İslam Respublikası region ölkələrinin sərhədlərinin dəyişdirilməsi cəhdinin qarşısını alacaq.
Bəs həmin bu güc göstərişinin səbəbləri nədir? Bu müharibə təhdidi ola bilərmi?
Məsələ ilə bağlı Ednews – a danışan siyasi ekspert Sədrəddin Soltan, bu cür güc göstərisinin mənasız olduğunu rəsmi Tehranın da anladığını vurğulayıb:
“İran hakimiyyəti Azərbaycanın Ermənistanla olan məsələlərinə heç vaxt səssiz qalmayıb. İran bir qayda olaraq Ermənistanı müdafiə edib. Azərbaycan öz müstəqilliyini bərpa etdiyi gündən bunu edib. Bunun da ən zirvə nöqtəsini 44 günlük müharibə zamanı gördük. Müharibədən sonra da sərhəddə hərbi təlimlər keçirərək Azərbaycanın suverenliyini hədələdi. Bunu da müxtəlif absurd arqumentlərlə əsasladırmağa çalışdı. Bunun isə mənasız olduğunu anlamaqdadır. Ötən gün Azərbaycan və İran hərbi komissiyasının toplantı keçirməsi, Azərbaycan İran arasında hərbi sahədə müzakirələrin getdiyinin göstərgəsidir. Odur ki, Tehran da yaxşı anlayır ki, bu cür hərbi təlim göstərişləri mənasız davranışlardır. Müharibə məsələsinə gəldikdə isə qeyd edə bilərəm ki, bu ehtimal sıfıra bərabərdir”.
Əkbər Novruz