“Moskvada Paşinyanın son aylardakı bir çox bəyanatları “qəbuledilməz” kimi qiymətləndirilir”.
Bu fikirləri Ednews-a açıqlamasında politoloq Sergey Stankeviç Rusiya Ermənistan arasında yaşanan gərginlikdən danışarkən deyib. O, daha sonra Ermənistan və Rusiya arasında olan böhranın səbəbindən də söz açıb.
“Azərbaycan 2023-cü ilin sentyabrında bütün Qarabağ ərazisi üzərində inzibati nəzarət yaratdıqdan və onun reinteqrasiyaya başlamasından sonra Rusiya ilə Ermənistan arasında münasibətlərdə diplomatik böhran yaranıb.
Ermənistanın hazırki baş naziri Nikol Paşinyan bir sıra ictimai çıxışlarında “erməni Artsaxı”nın itirilməsində günahı Rusiya sülhməramlılarının və ümumilikdə Rusiyanın üzərinə atır. Paşinyanın bəyanatları Ermənistanın KTMT-nin bir hissəsi olmasının və Rusiya ilə müttəfiqlik münasibətlərinin saxlanmasının məqsədəuyğunluğundan şübhələnir”.
Politoloq Paşinyanın iddialarının əsassız olduğunu vurğulayıb:
“Moskvada Paşinyanın son aylardakı bir çox bəyanatları “qəbuledilməz” kimi qiymətləndirilir.
Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışı xüsusilə düşmənçilik kimi qiymətləndirilib və o, Moskvanı İrəvanda hakimiyyət dəyişikliyinə şərait yaratmaqda ittiham edib”.
Siyasi ekspert son olaraq qeyd edib ki, Rusiya Ermənistanla bağlı baş verən proseslərdə çox səbirli davranır:
“Moskva indiyədək Ermənistanın qeyri-adekvat hərəkətlərinə kifayət qədər təmkinlə cavab verib.
Rusiya mətbuatının Ermənistanda baş verən hadisələrin işıqlandırılmasının tonu əsasən dəyişib. Zaman-zaman hadisələr kritikləşib.
Buna misal olaraq Rusiya televiziyasının 1-ci kanalının şəxsən Nikol Paşinyana həsr etdiyi son proqramı göstərmək olar.
Bununla bağlı İrəvan Rusiya Xarici İşlər Nazirliyinə etiraz edib. Belə görünür ki, Moskva diplomatik münaqişənin gərginləşməsindən yayınacaq.
Kreml açıq şəkildə hesab edir ki, bu, şəxsi məsələdir və dövlətlərarası münaqişə üçün heç bir əsas yoxdur. Kreml Türkiyə və İranla birlikdə Transqafqazın strateji sabitləşməsi üçün 3+3 formatını birləşdirməkdə maraqlıdır.
Kreml ümid edir ki, Ermənistanın özündə ölkəni aktiv iqtisadi modernləşmə rejiminə keçirmək istəyi üstünlük təşkil edəcək və bu, Rusiya ilə münasibətlərdə münaqişəni aradan qaldıracaq”.
Xəyal Ramiz