Elşən Bağırzadə: "Azərbaycan manatının məzənnəsi sabit deyil"

Müsahibələr 17:45 15.11.2023

“Fitch Solutions” növbəti 10 il üçün manatın məzənnəsini hesablayıb. Amerika şirkəti manatın məzənnəsinin 2027-ci ilə qədər sabit qalacağını proqnozlaşdırır.

FS-in məlumatına görə, 2027-ci ildə manatın məzənnəsi 1,75-ə, 2028-ci ildə isə 1,80-ə düşəcək. Proqnoza görə, bu nisbət 2033-cü ilə qədər davam edəcək.

Azərbaycan da manatın sabit qalması üçün hansı tədbirlər görülür? Manatın sabit qalması üçün görülən işlər inflyasiyaya səbəb olur? Azərbaycan iqtisadiyyatı üçün üzən valyuta məzənnə yoxsa sabit valyuta siyasəti uyğundur?


Mövzu ilə bağlı iqtisadçı Elşən Bağırzadə Ednews-a açıqlamasında bildirib ki, iqtisadiyyatda belə proqnozlar həmin anda bəlli olan şərtlər çərçivəsində verilir və proqnoz müddəti uzağa getdikcə də onun etibarlılığı aşağı düşür. 
“Görünür Fitch də müəyyən şərtlər çərçivəsində bu proqnozları verib.

Ancaq unutmayaq ki, böyük iqtisadçı Keynesin də dediyi kimi uzun müddətdə hamımız ölüyük. Yəni 2028, 2033-cü illər üçün manatın məzənnəsini doğru düzgün proqnozlaşdırmaq mümkün deyildir.

Zatən bu proqnozları verənlər də zaman zaman proqnozlarında korrektələr edirlər. Bizim ictimaiyyət bir məsələni bilməlidir ki, Azərbaycan manatının məzənnəsi sabit deyil.

Bizim manatın dollar qarşısında məzənnəsi sabitdir.

Dolların digər valyutalar qarşısında məzənnəsi dəyişirsə, Azərbaycan manatının da həmin valyuta qarşısında məzənəsi müvafiq qaydada dəyişir. İqtisad ədəbiyyatında biz buna manatın dollara "peg" (pərçimlənməsi) edilməsi deyirik.

Yəni Mərkəzi Bank Azərbaycan manatının yalnız dollar qarşısında məzənnəsini sabit saxlayır. Görüdüyünüz kimi digər valyutalar, avro, lirə, rubl və.s münasibətdə manat sabit deyildir. Mərkəzi Bankın manatı dollar qarşısında sabit saxlamasının da əsas məqsədi idxal inflyasiyasının qarşısını almaq, yerli istehsalın böyük ölçüdə olan idxal komponentlərinin bahalaşmasına yol verməməkdir.

Bu gün Azərbaycana idxal əsasən dollarladır. Manatın dollar qarşısında məzənnəsi yüksələrsə, manat ifadəsində demək olar ki, bütün idxal məhsullarını qiyməti qalxacaqdır”. 
Ekspert əlavə olaraq qeyb edib ki, üzən məzənnə valyutası şübhəsiz ki, bazar iqtisadiyyatı qaydalarına ən uyğun olan məzənnədir:


“Ancaq idxaldan asılılığı yüksək olan bizim kimi ölkələrdə bu yerli istehsal və inflyasiya baxımından yüksək risklər daşıyır. Ona görə də Mərkəzi Bank bu riskə getmək istəmir. Nə qədər ki, Azərbaycanın valyuta ehtiyatları buna imkan verir, bu siyasəti davam etdirmək mümkündür, ancaq valyuta ehtiyatları buna imkan verməyəndə məcbur olub bu siyasətdən əl çəkəcəyik.

Çalışmaq lazımdır ki, ölkənin qeyri-neft sektoru inkişaf etsin, qeyri-neft ixracımız ölkəyə valyuta girişinin əsas və davamlı mənbəyi olsun.

O zaman, üzən məzənnəni tam şəkildə tətbiq etmək də çətin olmayacaqdır. Ancaq istənilən halda valyuta məzənnələrinin proqnozlaşdırıla bilən olması bazar üçün yaxşı haldır. Hətta tam üzən məzənnəyə keçid etsək belə, Mərkəzi Bank kəskin məzənnə dəyişikliklərinə müdaxilə edə bilmək imkanında və iqtidarında olmalıdır”.

Xəyal Ramiz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı