Ötən gün Ukrayna Ali Radası ölkədə marixuananın tibbi vasitələrdə istifadəsini leqallaşdıran qərarı qəbul edib. Parlament daxilində qərarın qüvvəyə minə bilməsi üçün 248 deputat bunun lehinə səs verib. Bəs Ukrayna xalqının buna münasibəti necədir? Əsasən də xalqın mühafizəkar qismi nə düşünür?
Ukrayna Ali Radasının deputatı Aleksandr Merejko Ednews – a açıqlamasında söyləyib ki, bu qərarın qəbul edilməsi onlar üçün mühüm xarakter daşıyır.
“Parlamentimizdə olduqca ciddi müzakirələr keçirildi. Əsasən mühafizəkar zümrə bu qərarın qəbul edilməsinə tamamilə qarşı çıxdı. Məsələn, mən bu qərarın lehinə səs verən deputatlardan biriyəm. Bu qərarı ala bilmək üçün müxtəlif araşdırmalar etdim, təcrübəli həkimlərlə danışdım, bir neçə kitablara göz gəzdirdim. Sağlam arqumentlə ortaya çıxa bilmək üçün bunlar mühüm məsələ idi. Bildiyim qədərilə ABŞ – ın 38 ştatı marixuananın tibbi vasitələrdə istifadəsinə tamamilə icazə verir. Ona görə mən də bunun pasientlərdə nə cür təsir etdiyini öyrənməyə başladım. Əsasən də bizim müharibə situasiyamıza nəzər yetirmək lazımdır. Bu şəraitdə stress çəkən hərbi qulluqçular, veteranlar, qazilər və mülki şəxslər üçün bu önəm kəsb edirdi. Əhali arasında da keçirdiyimiz sorğuya əsasən onlar bu qərarın lehinədirlər”.
Əkbər