Avropa dövlətləri NATO-ya maliyyə vəsaitləri ayırmaqdan yayınır. ABŞ isə bunun qarşılığında qitədə təşkilatın fəaliyyətinin məhdudlaşa biləcəyini vurğulayıb.
NATO-dan hansı kompromislər gözlənilir?
Bununla bağlı Ednews-a açıqlama verən britaniyalı siyasi ekspert Patrik Uolş bildirib ki, Avropa dövlətləri Ukraynaya maliyyə və hərbi texnika dəstəyi verdiyi üçün NATO-dan iqtisadi güzəşt tələb edib.
“NATO bu günlərdə Rusiyanın nümayiş etdirdiyi iradəni göstərə bilmir. NATO dövlətləri öz aralarında bir çox narazılıqlarlar yaşayır. Bu demokratiyanın digər qüvvələrə qarşı müdafiəsinə sadəcə maneə yaradır. Qəribədir ki, Qərb dövlətlərinin demokratiyası onların əleyhinə işləyir. ABŞ hərbi təlimlərin Vaşinqton tərəfindən həyata keçirilməsi təklifinə etirazını bildirib. Aİ üzvləri isə, Ukrayna üçün yaratdığı ümumi büdcədən əlavə vəsaitin yaradılmasına qarşı çıxıb. Bu kimi hallar az öncə qeyd etdiyim kimi demokratiyanın müdafiəsinə qalxmış dövlətlərin nüfuzunu zədələyir”.
Avropa dövlətlərinin NATO-ya əlavə maliyyə vəasiti ayırmaqdan yayındığını bildirən siyasi ekspert, hərbi təşkilatın Şərqi Avropada möhkəmlənməsinin daha çox vaxt alacağını bildirib.
“Avropa dövlətləri özünü müdafiə edə bilmək üçün ABŞ-ın maliyyə dəstəyinə ehtiyac duyur, bu həmişə belə olub. Lakin, Vaşinqtonun son vaxtlarda artan hərbi xərcləri onun “Avropa himayəçiliyi”ni sonlandırmasına səbəb olub. Hazırki vəziyyətə görə ABŞ höküməti Avropaya maliyyə məsələlərində güzəşt etməyəcək.
NATO-nun indiki vəziyyətdə ərazi baxımından güzəştə gedəcəyini düşünmürəm. Amma Avropanın şərqində hərbi fəaliyyətlər yubanır. Bizə məlum oldu ki, NATO hərbi təlimlər üçün hazır deyil və lazımi anlarda təşkilatda maliyyə problemləri yaranır”.
Fərid