"İslamafobiya Avropada normallaşdırılır".
Ednews xəbər verir ki, bu sözləri Böyük Britaniya parlamentinin icmalar palatasının deputatı Afzal Xan söyləyib.
"Dünyanın hər nöqtəsinə baxdığımızda islamofobiyanın, irqçiliyin nə qədər artdığını görürük. Avropada, Amerikada, Asiyada hətta müsəlmanların çoxluq təşkil etdiyi Yaxın Şərqdə belə yayıldığını görürük. Ona görə də Bakıda keçirilən tədbirin daha çox ölkədə keçirilməsi lazımdır.
Parlamentari həmçinin Ermənistan - Azərbaycan arasında potensial sülh müqaviləsində, Böyük Britaniyanın roluna da toxunub.
"Sözsüz ki, Böyük Britaniya iki ölkə arasındakı problemlərin həllinə töhfələr verə bilər. Sözsüz ki, bütün münaqişələrin, müharibələrin sonu masada bitir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü olaraq sözsüz ki, məsələdə daha aktiv rolunu göstərəcək".
Əkbər