“31 Mart 2024 tarixində Türkiyədə keçirilən yerli yönətimlər və məhəlli idarələr seçkilərində iqtidar partiyası əvvəlki seçkilərə nəzərən daha aşağı səs toplayıb. Lakin bu əsasən daxili siyasətlə bağlı edilən bir prosesdir".
Bu sözləri türk politoloq İsmail Cingöz Ednews-a açıqlaması zamanı qeyd edib.
Daha sonra o bildirib ki, biz ayrı respublikalar olsaq da eyni dövlətik:
"Bu seçkilər nə qədər önəmli olsa belə Türkiyənin Azərbaycan başda olmaqda digər türk dövlətləri ilə olan siyasətində heç bir dəyişiklik etməyəcək. Ümumiyyətlə, Türkiyədə iqtidar dəyişsə belə hər hansı bir partiya Azərbaycan və Türk dünyası ilə radikal dəyişikliklər edə bilməz. Çünki Azərbaycanın Türkiyə olan münasibətləri siyasət üzərindən götürülmür. Ona görə partiya fərq etmədən, müxalifət olarkən belə bəzi ifadələr işlədilsə belə, iqtidar olduqda Azərbaycanla mənfi sferada münasibətlərin dəyişilməsi demək olar mümkünsüzdür. Onsuz da əgər belə bir hadisə ehtimal olunsa belə türk xalqı bununla heç bir şəkildə razı olmaz.”.
Xəyal Ramiz