Hakim “Gürcü Arzusu” partiyası yenidən xarici agentlərlə bağlı qanun layihəsini irəli sürdükdən sonra Tbilisidə etiraz aksiyası başlayıb. Etirazlar “Rusiya qanunlarına yox” və “Biz Rusiyanı yox, Avropanı seçirik” şüarları altında keçirilir. 2023-cü ilin martında qanun layihəsi birinci oxunuşda qəbul edilib, lakin kütləvi etirazlar və iğtişaşlardan sonra düzəlişlər parlamentdən geri götürülüb. Gürcüstanda baş verən etiraz aksiyaları nə ilə nəticələnə bilər?
Məsələ ilə bağlı gürcü politoloq Gia Xuxaşvili Ednews-a açıqlaması zamanı bildirib ki, baş verən hadisələrlə bağlı əvvəlcədən dəqiq analiz vermək olduqca çətindir:
“Proses mürəkkəb və gözlənilməzdir. Hakimiyyət seçkiqabağı bəzi taktiki fəndlərlə hadisələri öz leyhinə gərginliyinə sürükləyirlər. Onlar düşünürlər ki, bu dəfə ictimaiyyət gündəmə, yəni dövlət sektoruna nəzarətin gücləndirilməsinə qayıtmaq üçün yaxşı şərtlənib. Əsas məsələ isə keçən ilki hadisələrdə həll edici rol oynamış gürcü gənclərinin nə dərəcədə fəal olacağıdır. İndi vəziyyəti proqnozlaşdırmaq çətindir. Bu, zaman keçdikcə uzanan bir prosesdir və onun nəticələri oktyabr seçkilərində özünü göstərəcək. Gənclərin böyük əksəriyyəti açıq-aydın avropapərəstdir. Digər məsələ isə onların Qərbin inkişaf vektoru üçün real təhlükə olduğuna nə dərəcədə inanmaları və buna uyğun olaraq onu müdafiə etməyə hazır olub-olmamalarıdır”.
Xəyal Ramiz