“Azərbaycanın İordaniya ilə bağladığı müqavilə əsla İrana qarşı deyil”
Bu sözləri politoloq Tural İsmayılov Ednews-a açıqlaması zamanı qeyd edib.
Daha sonra o, bildirib ki, iki ölkə arasında münasibətlər keçmişə dayanır:
“Nəzərə almaq lazımdır ki, İordaniya çox həssas coğrafiyada yerləşən, önəmli və stateji mövqelərə malik bir ölkədir. Azərbaycanın İordaniya kimi ölkə ilə hərbi-siyasi müqavilə imzalaması vacib əhəmiyyətə malikdir.
Ümumiyyətlə Azərbaycan uzun illərdiki, İordaniya ilə müxtəlif siyasi-iqtisadi məsələlərdə əməkdaşlıq edib. Azərbaycanın Müdafiə nazirinin İordaniyaya səfəri Azərbaycanla İordaniya arasında qarşılıqlı münasibətlərin bundan sonrakı mərhələsini özündə tənzimləyən belə vacib bir müqavilənin imzalanması xüsusi əhəməiyyətə malikdir”.
Politoloq vurğulayır ki, iki ölkə arasında olan saziş hər hansı 3-cü ölkəyə qarşı çevrilməyibdir:
“Azərbaycanın İordaniya ilə bağladığı müqavilə əsla İrana qarşı deyil.
Lakin İordaniya bir çox sahələrdə İranın və İran qüvvələrinin xüsusəndə İsrail ilə münaqişədə heç vaxt oyuncaq qismində iştirak etmir. Bu ölkənin ərəb dünyasında yerləşdiyi həssas coğrafiyada özünə xas, müstəqil xarici siyasət kursu mövcuddur.
O baxımdan Azərbaycan və İordaniya arasında olan münasibətləri hər bir formada hansısa 3-cü tərəfə yönəlmiş siyasət kontekstində qələmə vermək doğru deyil. Həmçinin Zakir Həsənovun İordaniyaya səfəri və əldə edilmiş razılaşmalar gələcəkdə müdafiə sənayesi və digər sahələrdə iki ölkənin perspektivlərini nümayiş etdirmiş olacaq”.
Xəyal Ramiz