Ednews TV-nin efirində yayımlanan "Vətəndaş mövqeyi" verlişinin bu dəfəki qonağı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev olub.
Verilişdə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən “Ermənistan Azərbaycana qarşı” məhkəmə işi üzrə aprelin 15-dən 19-dək, eyni iddia əsasında “Azərbaycan Ermənistana qarşı” məhkəmə işi üzrə isə aprelin 22-dən 26-dək ictimai dinləmələr keçiriləməsi ilə bağlı müzakirələr edilib.
U.Mirzəyev müsahibə zamanı vurğulayıb ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdıqları iddialar əssasızdır:
“Əminəm ki, Ermənistan bu məhkəmədə beynəlxalq piara, təbliğata kökləniblər. Ermənistanın etnik təmizləməyə uğraması, genosid soyqırım olunması məsələsi erməni xalqı üçün bir biznesdir”.
Sözügedən Video-Müsahibəni təqdim edirik:
Oğuz