“Almaniyada Sosial Demokratlar koalisiya yaradarsa, Azərbaycan üçün yaxşı nəticələnməyəcək” SDP-nin keçmiş deputatı

Müsahibələr 14:20 20.09.2016
Berlində bazar günü keçirilən əyalət seçkilərində Merkelin təmsil etdiyi Xristian Demokrat Birlik Partiyası (CDU) məğlub oldu. Partiya 5 il əvvəl keçirilən seçkilərlə müqayisədə 5.2 faiz səs itirərək, 18.1 faiz səslə ikinci yeri tutdu. Seçkilərdə  üstünlüyü  Sosial Demokrat Partiyası  (SDP) əldə etdi. 
 
Almaniyada keçirilən seçkilərin nəticələrini Avropa Parlamentində Yaşıllar Partiyası (Die Grünen) və SDP-də keçmiş deputat Ozan Ceyhun “Eurasia Diary” üçün  dəyərləndirib. 
 
Almaniyada keçirilən seçkiləri  ümumilikdə necə qiymətləndirirsiniz?
 
Berlində keçirilən seçkilərdə Merkelin uduzması onun federal seçkilərdə də məğlubiyyətə uğrayacağı anlamına gəlməməlidir. Çünki əyalətlərdə şərait daha fərqlidir, insanlar əyalətlərdə aparılan siyasətə istiqamətlənmiş səs verirlər.  Merkelin əyalətlərdə səs itirməsi, xüsusilə “qaçqın böhranından qaynaqlanır” kimi  fikir irəli sürmək heç də onun federal  seçkilərdə səs itirəcəyi mənasında başa düşülməməlidir.   
 
Burada əsas problem ondan ibarətdir ki, SDP və CDU-dan  ayrılan ifrat sağçıların dəstəklədiyi  Almaniya üçün Alternativ (AFD) partiyası Almaniyanın hər yerində cütrəqəmli səs toplayaraq federal parlamentə  daxil olur.  
 
AFD-nin parlamentə daxil olması hansı nəticələrə gətirib çıxara bilər?
 
Biz Türklər, yaxud Türkiyə baxımından AFD-nin  parlamentə daxil olmasının heç bir problemi yoxdur. Almaniyanın Türkiyə və müsəlmanlara qarşı  siyasətinin kəskin olduğu  bir zamanda AFD-nin məclisdə olmasının daha pis nəticələr doğuracağı iddiasında olmaq kimi bir şansımız da yoxdur. Cem Özdemirin (Erməni “soyqırımı”nı Almaniya parlamentinə təklif edən türkəsilli alman millət vəkili-Red.) ermənilər məsələsində etdiklərini deməyə də  ehtiyac yoxdur. AFD, SDP və ya bir başqasının bizim üçün heç bir fərqi yoxdur. 
 
Ümumiyyətlə, qaçqınlarla bağlı siyasətdən əlavə, SDP-nin və Merkelin partiyasının uduzmasına səbəb olan başqa məsələlər varmı? 
 
Xristian Demokratlarla (CDU) Sosial Demokratların (SDP) birgə yaratdığı Böyük Koalisiya hazırda mühacir böhranının  əziyyətini çəkir. Haqlı olsun və ya olmasın, qaçqınlarla bağı bütün problemlər ştatlar tərəfindən federal siyasətə qarşı  istiqamətləndirilib və əyalət nazirləri də burada əsas problem kimi Merkeli göstərirlər.  Əslində, bu məsələlərdə Merkelə qarşı haqsızlıq edilir, amma siyasət belə tələb edir. Ona görə də, qaçqın problemində Merkel hədəf kimi göstərilir. 
 
İqtisadi baxımdan dəyərləndirdikdə isə,  alman xalqının Merkelə qarşı haqsızlıq etdiyini deyə bilərik. Son illərdə Aİ ölkələrinin iqtisadi problemlərlə üz-üzə qaldığı bir dövrdə , Merkel Almaniyanı iqtisadi baxımdan ayaqda tutmağı bacardı, Almaniyada iqtisadi böhran baş vermədi. Buna görə də,  bu partiyaların səs itirməsinin iqtisadi səbəblə heç bir əlaqəsi yoxdur. Amma insanlar mühacir və qaçqınlarla bağlı  siyasətə çox emosional  şəkildə reaksiya verirlər və insani cəhətdən davranmaq istəmirlər.
 
Sosial Demokratların, Solçuların, Yaşıllar Partiyasının koalisiya yaradacağı haqda çox müzakirələr aparılır? Sizcə yeni koalisiya yaradılacaqmı?
 
Berlin əyalətində koalisiya formalaşdırmaq imkanı artıq yoxdur.  Çünki SDP və CDU-nun topladığı səs ümumilikdə 41 faizdir və koalisiya üçün yetərli deyil. Sosial Demokratların yeganə bir variantı var, o da Yaşıllar və Sol Partiyasıyla birləşməkdir. Bu da müsəlmanlar, Türkiyə və Azərbaycan üçün heç də yaxşı olmayacaq. Bu, erməni iddialarının məclisdə qəbul edilməsini təmin edənlərin, PYD terror təşkilatını dəstəkləyənlərin Berlində hakimiyyətə gəlməsi deməkdir.
 
Yaxın vaxtlarda Avropa Birliyi ölkələrində seçkilər keçiriləcək. Sözügedən proseslərin digər Avropa dövlətlərində baş vermə ehtimalı varmı? Almaniyada baş verən bu dəyişiklik digər Avropa ölkələrində də  yaşana bilərmi?
 
Aİ ölkələri, xüsusilə Fransa və Almaniya qaçqınlar mövzusunda Türkiyəylə düzgün şəkildə əməkdaşlıq etməsə, Suriyada qaçqınların yaşaya biləcəyi təhlükəsiz zona  yarada bilməsə Aİ ölkələri eyni hal ilə qarşılaşacaq.  Hollandiyada da  may ayında keçirilən seçkilər uduzmağa namizəddir.  
 
Mühacirlərlə bağlı problemin həlli Suriyadadır. Sülhün təmin olunması öhdəliyi var, amma bu müddət ərzində  suriyalılar üçün təhlükəsiz sahə yaradılmalıdır. Türkiyə silahlı Qüvvələri hazırda bu işi uğurla həyata keçirir.  Əgər əməkdaşlıq etmək tələb olunarsa, PYD-nin boşaltdığı bölgələrdə qaçqınlar üçün bufer zonalar yaradıla bilər.

Eurasia Diary, Mirəli Mirhəşimli

Tərcümə:Vüsalə Əlövsətqızı

 
 
 
 
 
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO

Xəbər xətti

Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Hamısı