Çin ərazisində, Qazaxıstanla sərhəddə 4,6 maqnitudalı zəlzələ baş verib.
“EDnews” xəbər verir ki , yeraltı təkanlar Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi tərəfindən Astana vaxtı ilə saat 06:30-da qeydə alınıb.
Zəlzələnin enerji sinfi 10,6-dır.
Məlumata görə, yeraltı təkanların ocağı Qazaxıstan ərazisində, Almatıdan 508 kilometr şimal-şərqdə yerləşib.
Qeyd olunub ki, Qazaxıstan ərazisində zəlzələ hiss edilməyib.
Fatimə Mərdanlı // EDnews