Fransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıb FOTO

Siyasət 10:40 30.03.2017

Fransanın nüfuzlu "Libération" qəzeti "Ermənistan- Azərbaycan: Fransa münaqişəsinin sülh yolu ilə həllinə çalışmalıdır" başlıqla yazı dərc edib. Yazının  müəllifi “Paris Azərbaycan Evi”nin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasının Baş katibi Mirvari Fətəliyevadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri ərəfəsində dərc edilən məqalədə iki ölkə arasında mövcud əlaqələrdən, Azərbaycanın iqtisadi inkişafından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından bəhs olunur. Bildirilir ki, Prezident İlham Əliyevin Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edən səfəri münasibətlərin dinamik inikişafını təsdiq edir.

Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu vurğulayan müəllif bu illər ərzində ikitərəfli münasibətlərin inkişafını bir neçə amillə izah edir: “İlk olaraq, bu illər ərzində Fransa və Azərbaycan arasında əlaqələr cox yüksək səviyyədə inkişaf edib. İkincisi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hüquq dövləti qurmaq siyasəti, əhəmiyyətli iqtisadi, siyasi və institusional islahatlar həyata keçirərək, modernləşən, gənc demokratik, dinamik bir dövlətə çevrilib. 1998-ci ildə ölüm cəzası ləğv edilib. 1918-ci ildə qadınlara səsvermə hüququ verilib. Dini azadlıqların qorunması istiqamətində mühüm işlər görülüb. Şiə və sünni müsəlmanlar, xristianlar, yəhudilər qarşılıqlı hörmətlə yaşayır və tolerantlıq, dünyəvilik kimi ənənələr inkişaf edib. Bu günə qədər erməni əsilli təxminən 30 min vətəndaş, əsasən qarışıq ailələr, Ermənistanla münaqişəyə baxmayaraq, Bakıda və digər şəhərlərdə təhlükəsiz yaşayırlar”.

Daha sonra məqalədə Azərbaycan dövlətinin düşünülmüş və balanslı xarici siyasətinə diqqət çəkilir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra, qərblə, eləcə də Rusiya ilə bu günə qədər yaxşı əlaqələr saxlamağı bacardı. Beləliklə, biz -  Fransadakı Azərbaycan icması Prezident İlham Əliyevin Parisə rəsmi səfərini dəstəkləyirik. Bu rəsmi səfər ərəfəsində biz bir daha xatırladırıq ki, Dağlıq Qarabağ münaqişəsi bu gün həll olunmamış qalır. Ermənistan və Azərbaycan arasında 1988-ci ildən 1994-cü ilədək davam edən toqquşmalar Azərbaycan torpaqlarının (Dağlıq Qarabağ və yeddi ətraf rayonların) 20 faizinin işğalı və bir milyona yaxın azərbaycanlının qovulması ilə nəticələndi. Bu gün bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycan əhalisinin 10 faizini təşkil edir və Azərbaycan dünyada adambaşına düşən qaçqınların və məcburi köçkünlərin sayına görə birinci ölkədir. Bu etnik təmizləmə məqamı 1992-ci il fevralın 26-da əksəriyyəti qadın, uşaq və qoca olmaqla 613 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı olub. Ermənistanın indiki Prezidenti Serj Sarkisyan Xocalı soyqırımının törədilməsi ilə bağlı əmr verdiyini qərbli jurnalistlərə müsahibəsində açıq şəkildə etiraf edib", - məqalədə qeyd edilib.

M.Fətəliyeva münaqişənin həll üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladır: "Münaqişənin həlli üçün, onun tənzimlənməsi üçün əsas baza BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edilib. Bu qətnamələr öz ərazilərində Azərbaycana qarşı güc istifadə olunmasını və bu ölkənin torpaqlarının işğalını pisləyir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edir. Onlar Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Mən özüm bu işğal olunmuş ərazilərin bir övladıyam və mən, ailəm birbaşa Azərbaycan xalqına qarşı törədilmiş dəhşətlərin, vəhşiliklərin şahidiyik. Fransada Azərbaycan icmasının adından, biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Fransa və beynəlxalq ictimaiyyətə üz tutaraq, bu təcavüzə reaksiya verməyə çağırır və Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa edilməsində bizə dəstək olmağa səsləyirik. Nəhayət, biz bütün tarixi həqiqətlərə məhəl qoymadan, özünü başladığı bir münaqişənin qurbanı kimi təqdim edən Ermənsitana səslənərək, artıq Dağlıq Qarabağ torpaqlarının işğaldan azad etməyə çağırırıq. İnanıram ki, birgə səylərimiz və ortaq insani dəyərlərimiz nəticəsində buna nail ola bilərik. Fransa ona həvalə olunan vasitəçilik rolu, hər iki ölkə ilə qurduğu əlaqələri vasitəsilə bu münaqişənin həllinə kömək edə bilər".

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı