Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu üşahidə etmək üçün aprelin 13-də Ankaraya səfərə gedəcəklər.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər.
Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.
Səfər aprelin 17-də başa çatacaq.