Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına sadiqdir, və ölkəmizin sadiq tərəfdaşıdır. Əsl dost kimi imkanı olan bütün resurslarını bizə təqdim edib: təhlükəsizlik və hərbi yardım, təlim və maliyyə dəstəyi, ordumuzun inkişafı naminə Əfqanıstan Milli Ordusunun yardım Fonduna ianələri, ölkəmin istər regional istərsə də qlobal iqtisadiyyata inteqrasiyasına kömək olmaq məqsədilə siyasi islahatların aparılmasına məsləhətləri bu qəbildəndir.
Bunu Əfqanıstan İslam Respublikasının müstəqiliyinin 98-ci ildönümünə münasibətilə keçirilən rəsmi qəbulda bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili dedi. Səfir bildirildi ki, günbəgün Əfqanıstan-Azərbaycan münasibətləri inkişaf edir və ilbəil daha böyük məsafə qət edirlir. Şübhəsiz, ölkələrimiz bu əməkdaşlıq illərində daha da möhkəmlənmiş, böyük xalqlarımız arasında qardaşlıq güclənmişdir. Dostluğumuz qarşılıqlı hörmətə və anlayışa söykənir. Sitatın Sonu. Diplomat dedi ki, ölkələrimiz bu əməkdaşlıq illərində daha da möhkəmlənmiş, böyük xalqlarımız arasında qardaşlıq güclənmişdir. Dostluğumuz qarşılıqlı hörmətə və anlayışa söykənir. Azərbaycanın “Asiyanın Ürəyi-İstanbul Prossesi”ində oynadığı vacib rol, xüsusilə bu ilin Dekabrında keçiriləcək Nazirlər Şurasının iclasına ev sahibliyi edəcəyi bir daha Azərbaycanın Əfqanıstana olan davamlı öhdəliyinin təzahürüdür. Səfir Məhəmməd Tağı Xəlili ölkəsinin Ermənistanın işğalını qətiyyətlə pislədiyini dedi və bu məsələdə Azərbaycanın yanında olmaq qürurverici olduğunu qeyd etdi.
Əlaqələrimizdəki dostluq ruhuna görə mənim vətənim və Mən minnətdar olmaya bilmərəm. İllər boyu bütün vasitələrlə, Əfqan xalqının güclü, daha yaxşı gələcək naminə çıxdığı səfərində Azərbaycan xalqı bizə kömək olub və bu dəstək davam edir. Sitatın sonu. Mərasimdə Azərbaycan höküməti adamdan çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, ölkələrimiz arasında əlaqələr qədim köklərə malikdir və Əfqanıstanda Azərbaycanın köməyini unutmadıqlarını eşitmək çox xoşdur. Rəsmi Bakı, Əfqanıstanın hər məsələdə Azərbaycanın yanında olduğunu bilir və bunu yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycanda Əfqanıstanla ikitərəfli ticarət əlaqələrinin inkişafına da böyük önəm verirlər.