Mehriban Əliyeva qaziyə bu evi bağışladı | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Mehriban Əliyeva qaziyə bu evi bağışladı

Siyasət A- A A+
Qarabağ qazisi Mahir Rzayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın göstərişi ilə 4 otaqlı evlə təmin olunub.
 
Mahir Rzayevin axar.az-a verdiyi məlumata görə, Abşeron rayonu Məhəmmədi kəndində yerləşən həyət evinin təmir xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanıb. Əvvəllər evlə bağlı problem yaşadığını söyləyən Mahir Rzayev ona bağışlanan ev üçün Mehriban Əliyevaya təşəkkür edib.
 
Qeyd edək ki, 1992-1996-cı illərdə Ağdərə və Tərtər istiqamətlərində döyüşən qazinin 3 övladı var.
 


 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...