Suriyanın yeni hökuməti ölkənin gerbində dəyişiklik etmək qərarına gəlib.
“EDnews” xəbər verir ki, yeni dövlət rəmzi Dəməşqdə keçirilən təntənəli tədbirlər zamanı təqdim olunub. İndi gerbin üzərində qanadları açılmış qartal və başının üstündə üç ulduz var.
Mərasimdə çıxış edən Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl Şaraanın sözlərinə görə, şəkli dəyişdirilmiş qartal Suriya xalqının öz tarixində yeni mərhələyə keçidini əks etdirir, həmçinin suriyalılara xas olan gücü və qətiyyəti təcəssüm etdirir.