Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər noyabrın 22-də başlayacaq.
Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər noyabrın 24-dək davam edəcək.