Yapon dənizində itkin düşən Rusiyanın "Vostok" balıqçı gəmisindəki azərbaycanlıların hər ikisi Rusiya vətəndaşıdır.
Bu barədə Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimov bildirib. Onun sözlərinə görə, Mübariz Hüseynov Salyan, Ruslan Əlizadə isə Kürdəmir rayonundandır.
İcma nümayəndəsi hazırda Saxalin vilayətində hava şəraitinin çox pis olduğunu söyləyib. (apa)
***
Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisindəki azərbaycanlıların adı məlum olub.
APA-nın PrimaMedia.ru-ya istinadən verdiyi xəbərə görə, itkin düşmüş 21 nəfərdən ikisinin Azərbaycan vətəndaşı olduğu ehtimal edilir. Bu barədə Saxalin vilayətinin rəsmi qurumlarından məlumat verilib.
Onlar Ruslan Əlizadə (1991) və Mübariz Hüseynovdur (1972).
***
Yapon dənizində Rusiyaya məxsus “Vostok” balıqçı gəmisi yoxa çıxıb.
“Ria Novosti” agentliyi xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə zamanı gəmidə 21 nəfər olub. Onların arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.
Olaydan dərhal sonra axtarış-xilasetmə işlərinə başlanıb. Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.
Məlumatlara görə, hazırda bölgədə temperatur mənfi 16 dərəcəyə yaxındır.
Artıq itkin düşənlərin adları da məlum olub:
- Gəmi kapitanı Lenski A.
- Kapitanın birinci köməkçisi Voytko S.
- Kapitanın ikinci köməkçisi Reyeçektayev E.
- Kapitanın üçüncü köməkçisi Kotikov A.
- Baş mexanik Paşko Y.
- İkinci mexanik Merzlyakov E.
- Üçüncü mexanik Dolqonyatov K.
- Elektro-mexanik Leviçev A.
- Sürücü Kirsanov S.
- Aşpaz Piroqov Q.
Matroslar:
- Zesler V.
- Bankovski S.
- Markov N.
- Kurennoy V.
- Hüseynov M.
- Tuzqoyev X.
- Poteşkin S.
- Qolubıx D.
- Karankeviç A.
- Əlizadə R.
- Yemeyev E. (Teleqraf.com)