Deputatdan AB rəsmisinə "Bunu siz yox, İlham Əliyev həll edəcək"

Siyasət 12:36 08.05.2018
Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət müzakirə olunub.
 
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Ermənistan beynəlxalq hüququn Azərbaycanın lehinə olduğunu bildiyi üçün başqa yollara əl atır. S.Seyidov bu yollardan birinin işğal olunmuş ərazilərdə ticarətlə bağlı olduğunu söyləyib:
 
“Bu münaqişə bütün Avropa üçün təhlükədir. Düzgün yanaşma vəziyyətin normallaşmasına səbəb ola bilər. Ona görə də Avropa İttifaqından bu sahədə mövqe gözləyirik”.
 
Avropa Parlamentinin ümumi katibliyinin nümayəndəsi Florian Karmona Avropa Parlamentinin qətnamələr qəbul etməklə siyasi mesaj verdiyini nəzərə çatdırıb:
 
“Ancaq biz bu qətnamələri icra edə bilmirik. Biz inanan tərəfdaşa çevrilmək üçün ikili standartlara yol verməməliyik. Buna da çalışırıq. Avropa İttifaqı olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi nümayəndə də təyin etmişik. Bununla biz istəyirik ki, münaqişənin həllində aktiv olaq. Çünki bu münaqişə bizə də təsir edir. Biz başa düşürük ki, regionda sabitlik önəmlidir və Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin qorunub saxlanmasında çox önəmli tərəfdaşdır. Minsk Qrupuna gəldikdə, qrupda Rusiya həmsədrdir”.
 
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Florian Karmona ilə razılaşmayıb:
 
“Deyirsiniz ki, qətnamələriniz siyasi mesaj xarakteri daşıyır. Ancaq Avropa İttifaqı bu qətnamələrdən sonra sanksiyalar da qəbul edir. Bu halda niyə işğalçı Ermənistana qarşı sanksiya qəbul edilmir? Digər tərəfdən, Minsk Qrupunda Rusiya ilə bərabər, Fransa və ABŞ da həmsədrdir”.
 
Millət vəkili Elman Nəsirov qeyd edib ki, Azərbaycan Avropa Parlamentindən qətnamələrin icrası mexanizminin formalaşmasında dəstək gözləyir: “Siz deyirsiniz ki, biz qətnamələr qəbul etməklə siyasi mesaj veririk. Buna görə də biz bilirik ki, Avropa İttifaqı münaqişənin həllində rol oynamayacaq. Şəxsən mən hesab edirəm ki, heç vaxt bu münaqişəni ATƏT, Avropa İttifaqı həll etməyəcək. Bu münaqişəni Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyev həll edəcək”.
 
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 30 ildir davam edir: “Qaçqın və məcburi köçkün ailələrində 30 il ərzində dünyaya gələn insanlar hələ də o torpaqlara getməyiblər. Biz istəyirik ki, Azərbaycan və Ermənistan xalqları üçün məqbul sülh yolu tapılsın. Avropa Parlamentindən də bu istiqamətdə dəstək gözləyirik. Hazırda Azərbaycan əhalisi səbirsizliklə Ermənistanda gedən prosesləri izləyir. Bu proseslər Ermənistanda sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa, sülh danışıqları nəticə verə bilər. Əgər bu münaqişə sülh yolu ilə həll olunmasa, işğal olunmuş torpaqlarımız müharibə yolu ilə azad ediləcək. Buna Azərbaycanda heç kəs şübhə etmir. Yəqin ki, Ermənistanda da buna heç kəs şübhə etmir. Bu münaqişə Avropa üçün də təhlükədir. Ona görə də belə görüşlərdə təkliflərimizi verməyə çalışırıq”.
 
Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, britaniyalı Sayyad Kərim deyib ki, Avropa Parlamenti həmişə rəsmi mövqeyini bəyan edib: “Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da bəyan edəcəyik. Ermənistan anlamalıdır ki, mövqeyini dəyişən zaman regional əməkdaşlıqda iştirak edə bilər. Rusiyanın münaqişədə roluna gəlincə, bu məsələ müzakirələrdə qeyd olundu. Ermənistanın təhlükəsizliyinə gəlincə, bu, ermənilərin düşündüyü birinci məsələdir. Biz Ermənistanda dəyişiklikləri izləyirik. Regionda sabitliyi təmin edən dinamikanı dəstəkləyəcəyik”.
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı