“Keçmiş AŞPA üzvlərinə qarşı sanksiyalar hər hansı əhəmiyyət kəsb etmir” Səməd Seyidov

Siyasət 11:55 29.06.2018
“Keçmiş deputatlara qarşı sanksiyaların qəbul olunması inanmıram ki, hər hansı əhəmiyyət kəsb etsin”.
 
Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsinin AŞPA-nın 14 keçmiş üzvü haqqında qərarını APA-ya şərh edərkən deyib.  
 
S. Seyidov qeyd edib ki, həmin istintaq komitəsi ilə əməkdaşlıq edib, öz mövqeyini bildirib: “Yəqin ki, kimsə əməkdaşlıq etməyib və ona görə də bu qərar qəbul edilib. Ancaq əməkdaşlıq etməyən şəxslər təkcə Azərbaycandan deyil, bir neçə ölkədən olub. Lakin onlara qarşı heç bir qərar tətbiq etmirlər, Azərbaycandan olanlara tətbiq edirlər. Bu, o qədər də obyektiv deyil. O ki qaldı Elxan Süleymanov və Müslüm Məmmədov haqqında qərara, İtaliyada Luka Volonte məsələsi mövcuddur. Orada da bəzi məsələlərə görə istintaq gedir. Burada təşkil olunmuş istintaq qrupu hansısa sübutları gündəmə gətirə bilmədi. Belə bir sanksiyaların qəbul olunması, özü də keçmiş AŞPA üzləri üçün, inanmıram ki, hər hansı əhəmiyyət kəsb etsin”.
 
S. Seyidov bildirib ki, hər zaman sanksiya dili ilə danışmağın əleyhinə olub: “İnanmıram ki, bu, hansısa müsbət nəticələrə gətirib çıxaracaq. Bakıda bu məsələni geniş şəkildə izah edəcəyik”.
 
S. Seyidov adı sanksiya siyahısına salınmış keçmiş deputat Gültəkin Hacıbəylinin AŞPA-nın məktubunun Azərbaycan nümayəndə heyəti tərəfindən ona çatdırılmaması barədə dediklərinə də münasibət bildirib: “O parlamentin üzvü deyil axı. Parlament keçmiş deputatlara nəyi və niyə göndərməlidir? Onun parlamentə aidiyyəti yoxdur”.
 
S. Seyidov AŞPA-da gedən proseslərin mətbuatda müxtəlif tərzdə şərh olunduğunu söyləyib: “Bu, mənim AŞPA-nın vitse-prezidenti seçilməyimlə bağlı da oldu. Dünən eşidirəm ki, mətbuat belə bir şeyin olmadığı, guya mənim bundan əvvəlki sessiyada vitse-prezident seçilməyim haqqında yazıb. Vitse-prezidentliyə seçkilər hər dəfə yeni prezident seçiləndə yenilənir. Bu baxımdan mən iyun sessiyasında seçildim və bir nəfər də buna etiraz etmədi”.
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı