Cənab İlham Əliyev çıxışında Ermənistan cəmiyyəti üçün inkişaf yolunu göstərdi Əflatun Amaşov

Siyasət 10:24 23.09.2018

Azərbaycan Prezidenti parlamentdəki çıxışı ilə Ermənistana nəticə çıxarmaq və düz yola gəlmək üçün şans verdi. Eurasia Diary  millət vəkili Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun "Trend"ə müsahibəsinə istinadla xəbər verir.

Ə.Amaşov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilmiş iclasdakı çıxışı Azərbaycanın ötən 100 ildəki inkişaf xronikasının müfəssəl təsviri idi:

"Biz haradan hara gəlmişik? Doğrudan da qürurlu tarixdir. Cənab Prezident bu tarixin incəliklərindən bəhs etməklə yanaşı, Azərbaycanın bölgədəki hegemon mövqeyinin real əsaslarını son dərəcə dəqiqliklə göstərdi. Dövlət başçısının bu fikirləri məhz Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı keçirilmiş yubiley iclasında – ali qanunverici orqanın kürsüsündən səsləndirməsi xüsusilə qürurvericidir, Azərbaycan Respublikasının Milli Məclisinin yerinə və roluna verilən böyük dəyərdir: “Deyə bilmərəm ki, biz o vaxt beynəlxalq təcriddən tam çıxa bilmişdik. Bizi qəbul etməyənlər də var idi. Biz tarixi yaxşı bilirik. Bu gün isə Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir. ...Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir”. Dünyada 5 mindən çox xalq var. Onlardan yalnız 200-ə yaxınının dövləti var. Təbii ki, bu günün müstəqil Azərbaycanı xalqımızın tarixi nemətidir".

"Hansı halda Ermənistan bölgənin inkişafından pay götürə bilər? Necə olur ki, Ermənistanın inkişafına əngəl yaranır? Cənab İlham Əliyev çıxışında Ermənistan cəmiyyəti üçün inkişaf yolunu göstərdi. Təbii ki, ölkənin iflasının nədən qaynaqlandığını izah etdi: “Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir”. İllərdir ki, Cənubi Qafqazın bu ölkəsində inkişaf yoxdur, ictimai-siyasi durum gərgindir, sosial-iqtisadi vəziyyət acınacaqlıdır, dözülməzdir, digərində - Azərbaycanda isə nəhəng layihələr reallaşır, inkişaf xüsusiyyətləri dünya reytinqləri ilə ölçülür. Hesab edirəm ki, həm erməni cəmiyyəti, həm də hakimiyyəti bunu nəzərə almalı və ciddi düşünməlidir".

Ə.Amaşov bildirib ki, Azərbaycan Prezidenti əslində parlamentdəki çıxışında düşünmək, nəticə çıxarmaq və düz yola gəlmək üçün şans da verdi. Bu şans Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir. Dövlət başçısı bu məqamı diqqətə çatdırmaqla yanaşı, Azərbaycanın işğalla barışmayacağını xüsusi vurğuladı:

"Bir daha müstəqillik haqqında. Hesab edirəm ki, “müstəqillik təkcə dövlət atributları deyil” deyən Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər dövlət müstəqilliyi fəlsəfəsinin çox sadə, ancaq fundamental izahı idi. Bu izahda Azərbaycanın yeritdiyi siyasi xəttin əminliyi, dönməzliyi ifadə olunurdu. Dövlət başçısının aşağıdakı fikirləri həm də işğalçı Ermənistana ünvanlanmış mesaj idi. “Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu işlərdə önəmli rolu var".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı