"Paşinyan Rusiya diplomatiyasını zərbə altında qoyur" Ekspert

Siyasət 10:28 13.05.2019

Ermənistanda hakimiyyətə Nikol Paşinyanın gəlişindən sonra Rusiya ilə Ermənistan münasibətlərində müəyyən soyuma hiss olunur. Rusiyanın siyasi “istebleşment”i Ermənistanın yeni siyasi elitasına etibar etmir. Dmitri Medvedev və Nikol Paşinyan arasında keçirilən son görüş bunun bariz nümunəsidir.

Rusiyalı politoloq Aleksey Fenenko Oxu.Az-a verdiyi müsahibədə Rusiya ilə Ermənistan arasında münasibətlərin cari səviyyəsi, həmçinin, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud olan situasiya ilə bağlı danışıb.

- Bu yaxınlarda Paşinyanla Medvedev arasında görüş keçirildi. Sizcə, ümumilikdə Rusiya Ermənistanın yeni hakimiyyətinə necə münasibət bəsləyir?

- Rusiyada Ermənistandakı yeni hakimiyyətə ehtiyatla yanaşırlar. Ötən il ərzində Moskva rəsmi Yerevandan bir dostyana jest belə görməyib. Paşinyan vaxtaşırı Rusiya ilə tərəfdaşlıq və dostluqdan dəm vurur.

Bununla belə, Ermənistan NATO ilə tərəfdaşlıq üzrə bütün proqramları qoruyub saxlayır və onların genişləndirilməsi ilə bağlı danışıqlar aparır. Ermənistanın və Avropa İttifaqı arasında 2017-ci ilin dekabr ayında imzalanmış assosiasiya haqda müqavilə hələ də qüvvədədir və bu sənəd öz növbəsində  Avrasiya İqtisadi Birliyi çərçivəsində qəbul olunmuş vahid gömrük tarifləri üzrə siyasətlə ziddiyyət təşkil edir.

Ermənistan ötən ilin sentyabr ayından etibarən faktiki olaraq KTMT-nin işinə əngəl yaradır. Artıq Belarus və Qazaxıstan tərəfləri də bununla bağlı narazılıq ifadə edib.

Baş nazir Paşinyan vaxtaşırı Avropa İttifaqı (əksəriyyəti NATO üzvləri olan) ölkələrinə baş çəkərək, onların Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakının genişləndirilməsi ilə bağlı və ya sadəcə Ermənistanla hərbi tərəfdaşlıq üzrə danışıqlar aparır. Moskva isə bundan narahatdır, onlar Paşinyanın Ermənistanın siyasi kursunu tamamilə Qərb istiqamətində yönləndirəcəyindən, sonuncunun isə Yerevanın anti-Rusiya strategiyasına xeyir-dua verəcəyindən ehtiyat edir. Maraqlı bir məqam: Ermənistanın yeni hakimiyyəti haqda söz açmışkən, ekspertlər əsas diqqəti baş nazir Paşinyanın fiquruna yönəldir. Halbuki prezident Sarkisyanın fiquru bir növ kölgədə qalır.

Bu arada, rəsmi bəyanatlarına nəzər salsaq, Sarqsyan Paşinyanla müqayisədə daha qərbyönümlü mövqe tutur. Düzdür, Ermənistanda prezident səlahiyyətləri azaldılıb, bununla belə, bütövlükdə bu fiquru diqqətdən kənarda qoymaq düzgün deyil. Başqa sözlə desək, Paşinyan, erməni isteblişmentində Rusiya üçün heç də ən naqolay tərəfdaş deyil. Bu problemli mövzuları Paşinyan nədənsə Medvedevlə keçirdiyi görüşdə müzakirə etmək istəməyib. Bu özlüyündə həyəcanlı simptomdan xəbər verir.

Problemin həllindən uzaq durmağa çalışmaq, tərəflərdən birinin digərini artıq  tamdəyərli tərəfdaş hesab etmədiyi anlamına gəlir. Buna bənzər bir hal Yanukoviçin prezidentliyi dövründə Rusiya-Ukrayna münasibətlərində də müşahidə olunub. Problemlər həllini tapmır, daha da dərinləşir.

Moskva belə bir şəraitdə Yerevanın Avrasiya İqtisadi Birliyinin sıralarını tərk edəcəyindən ehtiyat edir. Belə bir gedişat yeni yaranmış təşkilata ağır zərbə olar. Kreml eyni zaman Ermənistanın hərəkətlərinin KTMT-nin təməllərini sarsıda biləcəyindən ehtiyat edir. Ölkə bundan əvvəl də dediyim kimi, KTMT-nin işini əngəlləyir.  

- Əliyevlə Paşinyan arasında Vynada keçirilən görüşdən sonra Qarabağ münaqişəsinin nizamlanacağına hər hansı şans varmı?

- Hələ ki bu görüşlərin nəticələri məndə böyük speksis (hər hansı şeyə son dərəcə inamsız münasibət - red.) yaradır. Baş nazir Paşinyan daima Qarabağ münaqişəsinin nizamlanma yollarından söz açır. Hansısa yolları axtarmaq nəyə lazımdır axı? 2016-cı ilin iyun ayında Peterburqda Rusiyanın vastiəçiliyi ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə ilkin addımlardan ibarət plan razılaşdırılıb. Söhbət xüsusilə Qarabağ ətrafı yeddi (2+5 formulası ilə) Azərbaycan rayonunun hərbsizləşdirilməsindən gedir.

Altında Ermənistanın imzası olan bu plan niyə də gerçəkləşdirilməsin? Paşinyan özünü elə aparır, sanki belə bir plan heç olmayıb. Bir halda ki, Yerevan onunla razılaşmış, imzanı geri götürüb, razılaşmadan imtina etməlidir. Yox, əgər Paşinyan onunla razılaşırsa, onun Qarabağ problemi üzrə yeni sənəd ərsəyə gətirmək üçün nə üçün ABŞ və Fransa ilə danışıqlar aparması aydın deyil. Beləcə zərbə altında Rusiya diplomatiyası qalır: çünki Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqi ola-ola Moskvanın vasitəçiliyi ilə münaqişənin nizamlanmas üzrə hazırlanmış plana məhəl qoymur.

- Əksər ekspertlər hesab edir ki, prosesdə hər hansı irəliləyiş olmasa, münaqişə daha da kəskinləşəcək. Sizcə bu nədərəcədə mümkündür?

- Hələ ki, Dağlıq Qarabağda hərbi münaqişə perspektivi o  qədər də böyük deyil. Ancaq perspektiv olaraq belə bir variantı istisna etmək olmaz. Paşinyan danışıqlar prosesinə qondarma “Dağlı Qarabağ hökuməti”dən nümayəndə heyətinin qoşulmasına israr edir, bu isə Azərbaycan üçün yolverilməzdir. Bu danışıqlar prosesinin iflasına səbəb olsa, təmas xəttində yeni toqquşmaların meydana gəlməsinə yol aça bilər.

 Ermənistanda  çoxları KTMT-nin 2016-cı ilin oktyabr ayında Yerevanda keçən sammitində qəbul olunmuş qərarından narazıdır. Belə ki, həmin sənədə göə, KTMT-in təhlükəsizlik qarantları (???zəmanətləri???) yalnız Ermənistan Respublikasına şamil olunur, Dağlıq Qarabağa yox (Yeri gəlmişkən bu məqam 2018-ci ilin may ayınd Ermənistanda “rəngli inqilaba” təkan vermiş nüanslardan olub). Paşinyan hökuməti NATO ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsi hesabına situasiyanın balanslaşdırılması, hətta ABŞ-ın simvolik (hərbi) iştirakı variantını nəzərdən keçriri. Ancaq bu Türkiyə və İran üçün yolverilməzdir, Rusiy üçün də təhlükəlidir, KTMT-nin qorunub-saxlanılması perspektivi baxımından.

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı