Bakıdakı layihələri Kiyevdə tətbiq edirik - Kliçko | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Bakıdakı layihələri Kiyevdə tətbiq edirik - Kliçko

Siyasət A- A A+

 

 

Bakı şəhərində həyata keçirilən layihələri öyrənirik və bunu Kiyevdə tətbiq edirik.


Bu fikri jurnalistlərə açıqlamasında Kiyev şəhərinin meri Vitali Kliçko söyləyib.



Onun sözlərinə görə, Kiyevdə səfərdə olan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da bu istiqamətdə müzakirələr aparılıb.



Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Kiyev meri qeyd edib ki, hər iki ölkənin iş adamlarının qarşılıqlı investisiya yatırımı üçün birgə işləri davam etdirilir.



V.Kliçko bildirib ki, hər bir paytaxt ölkənin simasıdır. Azərbaycan şirkətləri Ukraynanın ürəyi hesab edilən Kiyevin gözəlləşməsi üçün keyfiyyətli işlər həyata keçirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...