Ermənilər Qarabağda təlimlərə başladılar | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Ermənilər Qarabağda təlimlərə başladılar

Siyasət A- A A+

Dağlıq Qarabağda separatçı rejim komando-qərargah təlimlərinə start verib.

Eurasia Diary xəbər verir ki, təlimə 10 minə qədər hərbçi cəlb edilib. Təlimdə həmçinin 200 artilleriya sistemi, 150 zirehli texnika, 50 hava hücumundan müdafiə sistemi, 400 avtotexnikanın iştirakı nəzərdə tutulub.

Separatçı rejim təlimdə xüsusilə gecə şəraitində praktik tapşırıqların icrasına və yeni taktiki variantlarına hazırlanmasına diqqət yetirəcəyini bildirib. Təlimdə yeni hərbi texnikanın sınaqdan keçiriləcəyi bildirilsə də bunun hansı texnika olduğu açıqlanmayıb. Üstəlik rejim yaydığı bəyanatda sınaqdan çıxarılacaq texnikanın Rusiyanın Ermənistana verdiyi silahlar olub-olmayacağına da aydınlıq gətirməyib.

Qeyd edək ki, təlim iyunun 20-nə qədər davam edəcək.

Bundan öncə Azərbaycanda Türkiyə-Azərbaycan ordularının iştirakıyla genişmiqyaslı təlimlər keçirilmişdi. Müştərək hərbi təlim İrəvanda və Rusiyanın bir sıra dairələrində təşvişə səbəb olmuşdu.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...