Xəzərə düşən ikinci döyüş təyyarəmiz “Müdafiə Nazirliyi MİQ-29-ların uçuşuna qadağa qoyacaq”

Siyasət 15:07 25.07.2019

Xəbər verdiyimiz kimi, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Bu arada məlum oldu ki, itkin düşən pilotumuz polkovnik-leytenant Rəşad Atakişiyevdir. 

Yuxarıda da qeyd edildiyi kimi qəzaya uğrayan hərbi təyyarə MiQ-29 təyyarəsidir. Qəza xəbəri yayıldıqdan sonra qəzanın texniki problem və ya qeyri-peşəkarlıq üzündən baş verməsi ehtimalları müzakirə edilir.

Qeyd edək ki, bu, Azərbaycanda ilk MiQ-29 qəzası deyildi. Bundan 11 il əvvəl, 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğramışdı. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşmüşdü. Həmin gün Azərbaycan şahinləri - kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bildilər. Təyyarənin qalıqları və pilotlardan Ə.Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olub, digər pilotun meyiti isə tapılmayıb.

MiQ-29 təyyarələri Rusiyada istehsal olunur. Lakin 2008-ci ildə qəzaya uğrayan təyyarə Ukraynadan alınmışdı.

MİQ-29 döyüş təyyarəsinin xüsusiyyətləri

Dünən qəzaya uğrayan MİQ-29 təyyarəsi isə  Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. 1970-ci illərdə “Mikoyan” dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan SU-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilib.

Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilib. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunub ki, bunlardan da ən müasiriMİG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaq doldurma imkanlarına sahibdir.

Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Rusiya HHQ hal-hazırda öz silahlanmasında olan mövcud flotiliyaları modernizasiya olunmuş MiQ-29SMT konfiqurasiyası ilə əvəz etmək istəsə də, maliyyə çətinliklərinə görə bu plan tamamlanmayıb. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir. Belə ki, bu qırıcı indiyə qədər 30-dan çox ölkənin silahlanmasında mövcud olub. Ən böyük ixrac müqaviləsi isə Hindistanla imzalanıb. MiQ-29 döyüş təyyarələrinin istehsalı Rusiyanın Birləşmiş Aviasiya Korporasiyasının törəmə müəssisəsi olan "Mikoyan" şirkəti tərəfindən davam etdirilir.

Dördüncü nəsil MİQ-29 NATO təsnifatına görə «Fulcrum» adlandırılır. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatlarla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. «Fulcrum» 30 millimetrlik QŞ-301 tipli topa sahibdir. QŞ-301 dəqiqədə 1500 atış edir. Təyyarə UR-60 və R-27 tipli raketlərlə təchiz edilib. MİQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

MİQ-29-a sahib olan ölkələr (vikipediya)

 Əlcəzayir:  32

 Azərbaycan: 26

 Banqladeş: 8

 Belarusiya: 18 MİG-29B,12 MİG-29 BM ve 8 MİG-29UB

 Bolqarıstan: 15 MİG-29S ve MİG-29UB

 Kuba: 14 MiG-29B ve 2 MiG-29UB

: 56 MiG-29B ve 6 MiG-29UPG

 İran: 21 MiG-29A ve 5 MiG-29UB

 Qazaxıstan: 12 MiG-29, 2 MiG-29UB ocak 2018 itibarıyla.

 Şimali Koreya: 35 MiG-29B ve 5 MiG-29UB

 Özbəkistan: 30

 Peru: 8 MİG-29,3 MiG-29SE ,6 MiG-29SMP ve 2 MiG-29UBP

 Polşa: 25 MİG-29A ve 6 MİG-29UB

 Rusiya: 254

 Serbiya: 3 MiG-29B ve 1 MiG-29UB

 Slovakisya: 10 MiG-29AS ve 2 MiG-29UBS

 Sudan: 24

 Suriya: 46

 Türkmənistan: 20

 Ukrayna: 70

 Yəmən: 20 MiG-29SMT ve 5 MiG-29UB

Yeri gəlmişkən, Hərbi Hava Qüvvələrimizə məxsus olan və yaxın keçmişdə qəzaya uğrayan təyyarələr sadəcə MİQ-29-lar deyil.

Son 10 ildə yenə rus istehsalı olan iki ədəd SU-25 hərbi təyyarəsi qəzaya uğrayıb.

2010-cu ildə isə martın 3-də saat 17.00 radələrində, Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı SU-25 hərbi təyyarəsi qəzaya uğrayıb. Məlumata görə, təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır. Qəzaya uğramış Su-25 son illərdə alınıb. Təyyarə Gürcüstandakı Tiflis Aviasiya Zavodunda istehsal olunub.

Bundan təxminən bir il sonra 2011-ci ilin fevralında növbəti Su-25 qırıcısı qəzaya uğrayıb. Şükürlər olsun ki,  pilotlar katapult edərək sağ qalıblar.

 

MİQ-29 hərbi təyyarəsinin keyfiyyətləri və sonuncu qəza ilə bağlı hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov Eurasia Diary-ə ekskluziv açıqlama verib.

“Əvvəla baş vermiş hadisənin sonuncu olmasını və qəzaya uğramış pilotumuzun tez bir zamanda, sağ-salamat tapılmasını arzu edirəm. Bildiyiniz kimi artıq Respublika Prokrorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb və 242.2-ci maddəyə əsasən istintaq işi aparılır. Ancaq bu istintaq işi başa çatdıqdan sonra biz konkret olaraq qəzanın niyə və necə baş verdiyini başa düşə bilərik”- deyən hərbi ekspert təyyarənin radar sisteminin işləməməsi ilə bağlı versiya barədə heç bir məlumata malik olmadığını bildirib:

“Düzü, bu barədə konkret bir məlumat yoxdur. Ancaq tam haqlısız, 2008-ci ildəki qəzada da uzun müddət təyyarə və pilotumuz  tapılmırdı. Hər halda istintaq işi tamamlandığında biz problemin nədən qaynaqlandığını daha aydın biləcəyik. Pilotlarımızın Xəzər ətrafında qəzaya uğraması məsələsinə isə belə bir şərh verə bilərəm ki, SSRİ dövründən bu yana orduda qalan bir adətdir ki, təlim uçuşları vətəndaşların təhlükəsizliyinin qorunması üçün yaşayış məntəqlərindən uzaqda, adətən dəniz qırağında həyata keçirilir. Ona görə də qəzaların dəniz kənarında baş verməsi başa düşüləndir”.

Üzeyir Cəfərov MİQ-29-ların keyfiyyəti ilə bağlı şübhələrə də münasibət bildirdi:

“Deməzdim ki, bu döyüş təyyarələri yararsızdır və ya problemlidir. Biz uzun illərdir bu təyyarələrdən istifadə edirik. Və bu illər ərzində qəzaların sayı da digər ölkələrdəki qəzalarla müqaisədə xeyli azdır. Həmçinin nəzərə almaq lazımdır ki, bu döyüş təyyarələri çok mürəkkəb mexanizmlərə sahibdir və bunları idarə etmək bir o qədər də sadə deyil. Lakin bununla birlikdə, MİQ-29-ların əksəriyyəti Ukraynada modernizatsiya olunsa belə, bu təyyarələr dördüncü nəsil təyyarələrdir. İndi isə “4+” və ya 5-ci nəsil təyyarələrdən istifadə etmək daha uyğundur. Ona görə də Azərbaycan Respublikası son illərdə 4-cü nəsil rus istehsalı olan hərbi təyyarələrin alışını dəfələrlə azaldıb. Fransa, İsrail və Pakistanla bu məsələdə əməkdaşlıq edilir. Lakin biz Gürcüstan deyilik ki, birdəfəlik rus istehsalı olan hərbi məhsullardan imtina edək. Həmçinin qeyd edim ki, böyük bir ehtimalla Müdafiə Nazirliyi qısa zaman ərzində bütün MİQ-29-ların uçuşuna qadağa qoyacaq və hər bir döyüş təyyarəsi yoxlanılacaq”, - deyə hərbi ekspert bildirib.

Nicat İSMAYILOV

 

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Posthumanizm: İnsandan Sonrakı Dövrün Fəlsəfəsi
11:00 19.05.2025
Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır
13:19 17.05.2025
İlham Əliyev: Səhiyyədə əldə edilən uğurlar həyata keçirdiyimiz islahatların bəhrəsidir
13:12 17.05.2025
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisi açılıb
13:08 17.05.2025
İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə açılışında iştirak edib
13:03 17.05.2025
İlham Əliyev: Tokayev Qazaxıstanın beynəlxalq arenadakı yerini möhkəmləndirib
12:59 17.05.2025
Qabıq Dəyişən Ada: Britaniya nəyə çevrilir?
12:22 17.05.2025
Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib
12:19 17.05.2025
İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
12:16 17.05.2025
Bakıda klassik avtomobillərin sərgisi keçirilir
12:14 17.05.2025
Özbəkistan Prezidenti Macarıstan və Sloveniyaya səfərlər edəcək
11:25 17.05.2025
Cənubi Koreyanın sabiq prezidenti seçkilər ərəfəsində partiyadan çıxıb
10:12 17.05.2025
Avropa Şurasının baş katibi Bakı və İrəvanla sülh sazişinin imzalanması məsələsini müzakirə etməyi planlaşdırır
13:30 16.05.2025
Ukrayna etibarsız silah təchizatçılarına görə yüzmilyonlarla dollar itirib
13:25 16.05.2025
Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı
13:09 16.05.2025
Türkiyə Prezidenti Albaniyaya yola düşüb
12:48 16.05.2025
Sabah 27 dərəcə isti olacaq
12:27 16.05.2025
ABŞ Dövlət katibi İstanbula gedib
12:20 16.05.2025
Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
12:13 16.05.2025
Postmodernizm Ədəbiyyatı Necə Dəyişdi?
11:57 16.05.2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
11:54 16.05.2025
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib
11:54 16.05.2025
İspaniya Türkiyənin “Hürjet” təlim-məşq təyyarəsini satın alır
11:45 16.05.2025
“Xəzər” jurnalının yeni nömrəsi çap olunub
11:45 16.05.2025
Milli Qəhrəman İqor Kşnyakinin qızlarının oxuduğu “Səma qəhrəmanları” mahnısına klip çəkilib
11:39 16.05.2025
Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var
11:32 16.05.2025
Bakıda yeni ticarət mərkəzinin tikintisinə icazə verilib
11:30 16.05.2025
ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib
11:25 16.05.2025
Fransa İranı məhkəməyə verəcək
10:39 16.05.2025
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
10:39 16.05.2025
Bəzi dağ çaylarından sel keçəcək
10:37 16.05.2025
Azərbaycan gəncləri Türkiyədə bayram tədbirlərində iştirak edəcəklər
10:33 16.05.2025
Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı
10:26 16.05.2025
Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
10:26 16.05.2025
Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
10:21 16.05.2025
Lamiyə Vəliyeva beynəlxalq turnirdə bürünc medal qazanıb
10:19 16.05.2025
Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
10:11 16.05.2025
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib
10:02 16.05.2025
Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
09:32 16.05.2025
Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
09:21 16.05.2025
Hamısı