Rusiyanın tanınmış jurnalisti və RT telekanalının baş redaktoru Marqarita Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanı sərt ifadələrlə hədəfə alıb.
“EDnews” xəbər verir ki, Simonyan Rossiya-1 telekanalında efirə çıxaraq Paşinyanı “antixristin kiçik barmağı”, “appendisiti” və ya “antixristin anusu” adlandırıb. Onun sözlərinə görə, Paşinyan Ermənistan Apostol Kilsəsinə qarşı hücumların və ölkədə baş verən etirazların bir hissəsidir:
“Antixrist — kollektiv hadisədir, Paşinyan isə sadəcə onun bir parçasıdır,” — deyə Simonyan bildirib.
Bu kəskin ifadələr Ermənistan ictimaiyyətində və sosial şəbəkələrdə böyük rezonans doğurub.