"Ermənistanla sərhəddə mövqelərimiz irəli çəkilib, strateji yüksəkliklər ələ keçirilib" - General | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


"Ermənistanla sərhəddə mövqelərimiz irəli çəkilib, strateji yüksəkliklər ələ keçirilib" - General

Siyasət A- A A+

Dövlət Sərhəd Xidmətinin (DSX) əsas təyinatı sərhədlərin toxunulmazlığının təmin edilməsidir. Biz fəxr edirik ki, Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin mühafizəsi Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən mətbuat konfransında Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.

Onun sözlərinə görə, ötən doqquz ay müddətində şəxsi heyətin döyüş qabiliyyəti artırılıb.

E.İbrahimov bildirib ki, sərhədçilərimiz Ermənistanın təxribatlarına cavab veriblər:

"Həmçinin, mövqelərimizin irəli çəkilməsi təmin edilib. Strateji yüksəkliklər ələ keçirilib. Bununla da Ermənistan Silahlı Qüvvələrinin döyüş postlarına və postlara hərəkət edən yollara nəzarət etmək üçün optimal şərait yaranıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...