Mübariz Mənsimovdan "pis" XƏBƏR - VİDEO | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Mübariz Mənsimovdan "pis" XƏBƏR - VİDEO

Siyasət A- A A+

““Mammad Amin Resulzadeh” gəmisinin qəzasından sevinənlərə pis xəbərim var”.

Eurasia Diary xəbər verir ki, bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov deyib. O, bildirib ki, gəminin təmiri yekunlaşıb və ilk səfərinə yola düşür.

“Arzularınız içinizdə qaldı. Dahi Liderimiz Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Biz də bu cümləni bir qədər dəyişərək deyirik: “MAMMAD AMİN RESULZADEH” gəmisi dənizlərə çıxdı və heç bir vaxt batmayacaq.

Əksinə, sizin arzularınız batacaq dəryalarda. Gəmimizin ilk səfəri Rusiyanın Rostov limanına doğrudur.

Gəmimizin qəzaya uğramasına gəlincə, burada qarşı tərəfin günahı tam şəkildə 100% sübut olundu. Həmin gəminin kapitanının dindirilməsi davam edir. “MAMMAD AMİN RESULZADEH” gəmisinin bütün təmir işlərini qarşı tərəf ödədi”.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...