Eldar İbrahimovun bir açıqlaması ölkə siyasətini silkələdi

Əli Həsənov cavab yazdı, partiya sədrləri danışdılar

Siyasət 15:41 09.09.2019

Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və məşhur “91-lər”dən olan deputat Eldar İbrahimovun əvvəllər müxalifətdə olmuş, sonradan mövqeyini dəyişərək iqtidar tərəfə keçmiş siyasətçiləri düşmən adlandırması ölkə siyasətini silkələyib.

Ayrı-ayrı siyasətçilər məsələ ilə bağlı mövqelərini bildiriblər. Eurasia Diary-nin verdiyi xəbərə görə, musavat.com-a açıqlamasında deputat Fazil Mustafa bildirib ki, Eldar İbrahimovun o cür açıqlama verməsindən təəccüblənib. Çünki Eldar İbrahimov nisbətən müxtəlif fikirliliyə dözümlü və ümumiyyətlə humanist bir insan kimi tanınır: “Biz onu elə tanıyırıq, ağsaqqal adamdır və böyük hörmətimiz var. Onun adından verilən həmin açıqlama isə kəskindir. Düşünmürəm ki, bu, Eldar müəllimin ritorikası ola. Ola bilər ki, yazını hazırlayan jurnalistin də bu məsələdə bir az fikirləri kəskinləşdirməsi olub. Çünki Eldar İbrahimovun bu formada üslubu yoxdur. Ona görə də bu, mənə də təəccüblü gəldi”.

F.Mustafa hesab edir ki, E.İbrahimovun açıqlamasında hazırda parlamentdə təmsil olunan partiyalar və onların rəhbərlərinin nəzərdə tutulduğunu düşünmür: “Çox güman ki, burada YAP-a üzv olmuş keçmiş müxalifətçiləri nəzərdə tutub. Çünki əgər hansısa partiya rəhbərliyindən söhbət gedirsə, həmin partiyalar mövqelərində də qalırlar. Sadəcə, konstruktiv müxalifətçilik mövqeyini tuturlar. Biz YAP-ın dünyagörüşünü dəstəkləmirik. Biz sadəcə YAP-la konstruktiv əməkdaşlıq zəminində fəaliyyət göstərməyə üstünlük verən partiyalarıq. Hansısa xüsusi bir imtiyazımız da yox, yaxud da xüsusi bir oliqarxa da çevrilməmişik. Odur ki, onun sözlərinin bizə aid olduğunu düşünmürəm. Kimləri nəzərdə tutubsa, açıqca söyləyə bilər və aydınlıq gələr. Yenə də deyirəm ki, o cür açıqlamanın Eldar müəllimə aid olduğu mənə inandırıcı gəlmir. Çünki Eldar İbrahimov həmişə düşmənçilik mövqeyindən yox, yumşaldıcı mövqedən çıxış edib. İndiki vəziyyətdə xüsusilə o cür kəskin ritorika Azərbaycan üçün faydalı deyil. Bütün siyasi qüvvələr arasında sağlam, yumşaq, dialoq mühitinin yaradılmasına iqtidar özü də maraqlıdır və iqtidarın siyasəti də buna yönəlməlidir”.

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə isə bildirdi ki, hər kəs düşündüyü və düzgün hesab etdiyi fikirləri dilə gətirir: “Bəlkə Eldar İbrahimovun əlində informasiya var ki, hansısa keçmiş müxalifətçi iqtidar tərəfə keçiblər və içəridə iqtidara qarşı işləyirlər? Eldar müəllimdən bunu soruşmaq lazımdır. Bu fərdi məsələdir və bunu bütün hər kəsə, kollektivə şamil etmək olmaz. Mən ümumilikdə qiymətləndirmənin tərəfdarı deyiləm”.

Qeyd edək ki, Eldar İbrahimov mediaya açıqlamasında deyib ki, hakimiyyətə tərəf keçib pul, vəzifə və mandat alan şəxslər əslində daxilə sızmış “düşmənlər”dir: “Biz onları satın alsaq belə, Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə onların dostluğu bizə lazım deyil. İnsanları mövqeyini dəyişməyə görə ittiham etməyi düzgün saymıram”.

Eldar İbrahimovun açıqlamaları ilə bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da reaksiya verib. Əli Həsənov “facebook”dakı şəxsi səhifəsində yazıb ki, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır: “Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından yayılan açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olub. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də dəyişməz olaraq qalır.

Xatırladıram ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilmiş və həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanlandığı həmin müraciət, əslində sadəcə yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi.

Müraciətdə ümummilli lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi”.

Əli Həsənov qeyd edib ki, belə dövlətçi-azərbaycançı yanaşma, Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoyub. Bu bu prinsiplər dəyişməzdir.

Qeyd edək ki, Fazil Mustafa və İqbal Ağazdə Musavat.com-a açıqlamaları hörmətli Əli Həsənovun facebookdakı bu yazısından bir qədər öncə veriblər. 

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Hamısı