Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” şüarını təkrarladı və Brayzaya cavab verdi

Siyasət 19:34 16.09.2019

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın onun Qarabağı Ermənistanın “tərkib hissəsi” elan edən bəyanatını tənqid etməsinə cavab verib.

Eurasia Diary virtualaz.org-a istinadla xatırladır ki, Brayza bu bəyanatın danışıqlar prosesini tamamilə heçə endirdiyini deyib. Eyni zamanda əlavə edib ki, Paşinyan Qarabağ qruplaşmasının dəhşətli təzyiqlərinə məruz qaldığı üçün belə danışıb. “Əslində isə Bakıda, çox yüksək səviyyədə mənə deyiblər ki, Paşinyan Azərbaycanla danışıqları axıradək aparmağa hazır olduğunu bildirib”,-Brayza Gürcüstanda yayımlanan internet televiziyasına müsahibəsində deyib.

Paşinyan xatırladıb ki, avqustun 5-də onun Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı şərhlər qasırğasına məruz qalıb. “Lakin hələ əvvəl, mart ayında mən demişdim ki, Madrid prinsiplərinin nəyi nəzərdə tutduğu ətraflı aydınlaşdırılsın, o cümlədən statusa dair bu prinsiplərin hansı imkanlar yaratdığı göstərilsin. Yalnız bundan sonra deyə bilərik ki, həmin prinsiplər qəbulediləndir, ya yox. İstənilən həll Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Mən Ermənistanın ilk başçısıyam ki, həllin Azərbaycan xalqı üçün də məqbul olması haqda danışmışam. Biz gözləyirik ki, Azərbaycan da belə cavab verəcək. Hələlik bu yoxdur. Əksinə, onların yanaşması maksimalistdir. Hərçənd Minsk Qrupunun işçi müzakirələrində statusun müxtəlif ola biləcəyi göstərilir, o cümlədən Azərbaycandan kənarda. Azərbaycan deyir ki, həll ancaq onun ərazi bütövlüyü çərçivəsində mümkündür. Lakin əgər onların mövqeyi belə qətidirsə o zaman bizim prinsip də “Qarabağ Ermənistandır, nöqtə” olacaq”,-Paşinyan deyib.

Brayzanın dediklərinə qayıdan Paşinyan maraqlanıb-ümumiyyətlə o indi nə işlə məşğuldur?

“Keçmiş səfirlər çoxdur. Onun istefasından bəri çox sular axıb. Əmin deyiləm ki, o bütün informasiyaları bilir. Əgər həll eləmək belə asan idisə həll edərdi”,-o bildirib.

Baş nazir əlavə edib ki, Ermənistan “konstruktiv danışıqlara” hazırdır: “Biz nizamlanmaya nail olmaq istəyirik, işləmək görüntüsü yaratmaq deyil”. 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Hamısı