“Yalnız böyük güclər maraq göstərsə, Qarabağda sülh bərqərar ola bilər” - İsrailli politoloq | Eurasia Diary - ednews.net

20 Oktyabr,


“Yalnız böyük güclər maraq göstərsə, Qarabağda sülh bərqərar ola bilər” - İsrailli politoloq

Siyasət A- A A+

Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi halında bərqərar ola bilər.

Eurasia Diary xəbər verir ki, bu barədə “report”a Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında gözlənilən görüşlə bağlı fikirlərini bölüşən israilli politoloq, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer bildirib.

O, münaqişənin yalnız danışıqların formatını dəyişdirməklə həll etməyin mümkün olmayacağını qeyd edib: “Bu görüşlər mütəmadi olaraq keçirilir. Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi, habelə Ermənistanın ərazi məsələsində güzəştə razılaşması halında bərqərar ola bilər. Sülh şerlərlə, əl sıxmaqla başa gəlmir, konkret dəyişiklərə gedilməlidir”.

Ekspert qarşıdakı görüşün artıq 30 ildən artıqdır davam edən danışıqlar prosesinə hər hansı dəyişiklik gətirəcəyinə inanmadığını da diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...