Qarabağdan Paşinyana yeni hədələr yağdı “Sizi fiziki məhv edəcəyik...”

Siyasət 15:14 09.10.2019

Dağlıq Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının” keçmiş katibi, general Vitali Balasanyan yenidən Ermənistan hakimiyyətinin ünvanına kəskin bəyanatlarla çıxış edib.

Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, Balasanyan Nikol Paşinyanı hakimiyyətə Qərbin “məlum mərkəzlərinin” gətirdiyini deyib. Onun sözlərinə görə, həmin mərkəzlər Paşinyanı idarə edir və onun nə etməli olduğu haqda göstərişlər verir.

Balasanyan habelə deyib ki, Nikol Paşinyan 2016-cı ildə Yerevanda post-patrul polisi alayının binasının “Sasna Tsrer” terrorçuları tərəfindən ələ keçirilməsindən sonra baş qaldıran etirazları idarə etməyə cəhd göstərib. O, Paşinyanın bu yaxınlarda “Sasna Tsrer” partiyasının liderləri Qaregin Çuqaszyanla və Jirayr Səfilyanla (“Şuşa” batalyonunun komandiri) baş nazirin iqamətgahında görüşünü “başqa cür düşünənlərə qarşı təzyiq cəhdi” adlandırıb.

“Nikol Paşinyan hamını, o cümlədən məni terrorizə etməyə çalışır. Demək istəyi ki, budur, baxın, mənim döyüşkən qanadım da var və bir barmağımın işarəsi ilə sizinlə fiziki haqq-hesab çəkərlər. Mən Paşinyana və “Sasna Tsrer”ə demək istəyirəm ki, ümumiyyətlə belə söhbətlərə girməsinlər, çünki buna görə cavab verəcəklər. Qorxaqlar Paşinyan və onun tərəfdarlarıdır...2016-cı ildə biz o terrorçuları bağışladıq, öldürmədik, amma indi bəyan edirəm ki, əgər mənə qarşı, xalqımıza, dövlətimizə qarşı nəsə təxribat həyata keçirməyə, terror hərəkətlərinə əl atmağa cəhd eləsələr hamısını fiziki olaraq məhv edəcəyik”,-Balasanyan LIVEnews.am nəşrinə müsahibəsində deyib.

O əlavə edib ki, Paşinyan və “Sasna Tsrer” bir terrorçu qrupun elementləridir və bütün dünya erməniləri onlara qarşı addım atmalıdır.

Balasanyanın müsahibəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan özünün Facebook hesabında yazıb: “Vitali Balasanyan özünü xuliqan kimi aparır. Hər dəfə Serj Sərkisyanla Stepanakertdə (Xankəndi,-red.) qrup halında görüşəndən sonra Vitali Balasanyanda kəskinləşmə başlayır və bu da ağıldan kəmliyin əlamətidir. 2016-cı ildə öz siyasi karyerasını Serj Sərkisyanla bağlayan Balasanyan siyasi zibillikdə yerini tapacaq, necə ki, onun lideri hazırda oradadır”.

Balasanyan Dağlıq Qarabağda “prezidentliyə” iddiaçıdır və onun Paşinyanla münasibətləri əvvəldən gərgin idi. V.Balasanyan “Qarabağ qəhrəmanıdır” və Dağlıq Qarabağdakı bir sıra keçmiş səhra komandirləri arasında nüfuzu var, o cümlədən işğalçı qüvvələrin sıralarında təsir imkanlarına malikdir. Paşinyan isə Qarabağda öz adamını hakimiyyətə gətirmək istəyir, bu keçmiş “xarici işlər naziri” Mais Mailyandır. (virtualaz.org) 

 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
Hamısı