Azərbaycan İcması Zatulinin sərsəm çıxışı ilə bağlı Rusiyanın rəsmi qurumlarına müraciət etdi

Siyasət 14:07 13.10.2019

Rusiyadakı Azərbaycan İcması Dövlət Dumasının deputatı, ermənipərəst Konstantin Zatulinin işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı  Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə və Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.

Eurasia Diary-nin "apa"ya istinadən verdiyi məlumata görə, Moskva vilayət regional Federal Milli Mədəni Muxtariyyətinin Şurası tərəfindən göndərilən müraciətdə bildirilib ki, 2019-cu il 11 oktyabr tarixində Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini, Dumanın I, IV, V, VII çağırış deputatı, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında elmi şuranın üzvü, MDB ölkələri İnstitutunun rəhbəri, Xaricdə yaşayan həmvətənlərlə iş üzrə Dövlət Komissiyasının üzvü Konstantin Zatulin işğal altında olan Xankəndi şəhərində "Ədalət və sülh naminə əməkdaşlıq" adlı 'Artsaxın dostları Beynəlxalq Forumu"nda çıxış edib.

Rusiyadakı Azərbaycan İcması Dövlət Dumasının deputatının etik normalara əməl etməməsi səbəbindən çıxış etmək hüququndan məhrum edilməsini istəyib: “Konstantin Zatulin kimin dəvəti ilə bu Foruma gedib? Nə BMT, nə Rusiya, hətta Ermənistan tərəfindən belə tanınmayan “Artsax” adlandırılan qondarma "respublika"nın rəhbərliyinin? Zatulin orada kimi təmsil edib, hansı təşkilat adından çıxış edib? Dövlət Dumasının komitə sədrinin birinci müavini, yoxsa MDB ölkələri İnstitunun direktoru kimi?  Zatulinin oradakı bəyanatlarının hamısı Rusiya dövlətinin, Dövlət Dumasının rəsmi mövqeyidirmi? Siz onun bəyanatlarının Dövlət Dumasının MDB üzrə iş Komitəsində tutduğu vəzifə ilə uyğunluğunu necə qiymətləndirirsiz?  Zatulinin dediyi "Əminəm ki, Rusiya Federasiyası dövlət kimi Qarabağ münaqişəsinin ədalətsiz həllinə imkan verməyəcək. Rus xalqı ilk növbədə vicdan və ədaləti qiymətləndirir. Onlar isə sizin tərəfinizdədir" sözlərini necə başa düşmək olar? Qarabağ münaqişəsinin ədalətsiz həlli nə deməkdir? Bir çox millətdən olan rusiyalıların fikrini ifadə edərək tələb edirik ki, Dövlət Dumasının deputatı Konstantin Zatulin etik normalara riayət etmədiyi üçün Rusiyadan kənarda sadəcə deputat kimi deyil, həm də Dumanın Komitə sədrinin birinci müavini kimi çıxış etmək hüququndan məhrum edilsin. Eyni zamanda MDB ölkələri İnstitutunun təsisçiləri (Rusiya XİN, Moskva Dövlət Universiteti və Moskva Dövlət Beynəlxalq Əlaqələri Universiteti -MQİMO) qarşısında Konstantin Zatulinin əsas  vəzifələrini yerinə yetirməməsi səbəbindən direktor vəzifəsinə uyğun gəlmədiyi haqqında məsələ qaldırılsın. O cümlədən Rusiya Federasiyası Təhlükəsizlik Şurası qarşısında Konstantin Zatulinin elmi Şuranın üzvlüyündən xarici edilməsi barədə məsələ qaldırılsın". 

Qeyd edək ki, ermənipərəst Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi "Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq" adlı "beynəlxalq forum"da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
Hamısı