Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Eurasia Diary xəbər verir ki, sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
Prezidentin digər sərəncamı ilə Samir Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.