İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş “Ermənistan və Ukrayna nazirləri ilə söhbət” adlı mühazirədən sonra Ermənistan XİN başçısı sualları cavablandırıb. XİN başçısı azərbaycanlı deputatın “Ermənistan ermənilərinin törətdikləri hərbi cinayətləri, etnik təmizlənmələri araşdırmaq üçün Azərbaycanla beynəlxalq məhkəməyə getməyə hazırdırmı?” sualını cavablandırarkən ona sözlə hücum edib.
Eurasia Diary bu barədə "aysor.am"a istinadən xəbər verir.
Nazir deyib: “Siz Bakı haqqında eşitmisiniz? Sumqayıt, Marağa haqqında eşitmisiniz? Şaumyan rayonunun işğalı haqqında eşitmisiniz? Martakert rayonunun bir hissəsinin işğalı haqqında eşitmisiniz? Martuni rayonun bir hisəsinin işğalı haqqında eşitmisiniz? Davam etməmi isyəyirsiniz? Söhbət bundan gedir. Ritorikanı dəyişməyə hazırsınız? Bizim narahatlıqlarımızı başa düşməyə hazırsınız? Belə dialoqa hazırsınız? Yoxsa yalnız sizin dediyiniz həqiqət sayılmalıdır, başqa heç nə? Münaqişə yalnız siz istədiyiniz yolla həll olmalıdır? Belə heç bir zaman sülhə nail omayacağıq. Xalqaların sülhə hazırlanmasına dair qeyd etdiyim təminatın əsası budur. Siz yalnız sizi narahat edən məsələlər haqqında danışırsınız. Mələk kimi görünməyə çalışmaq lazım deyil. Mən təhlükəsizlik məsələsinin olduğunu, təcavüzün yenidən təkrarlanmasına imkan verməyən yeganə təhlükəsizliyinə formasının təşkilini dedim. Bu sözlər sizin bildiyiniz və tez-tez istifadə etdiyiniz sözlərdir. Təcavüz, işğal və 150.000 soydaşlarımızın fiziki və ekzistensial təhlükəsizliyinə təhdid..”