Sülh Çeşməsi hərəkatı ilə terrordan təmizlənən Suriyanın Tel-Abyad vilayətində türk ordusunun köməyi ilə rekonstruksiya işlərinə start verilib.
PKK-PYD-YPG terrorçularının müdafiə istehkamına çevirdiyi və zərər verdiyi erməni kilsəsinin təmizliyi və təmirini türk əsgərləri həyata keçirib.
Qeyd edək ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi saytından açıqlama verilib.
Eurasia Diary TRT Haber-ə istinadən sözügedən erməni kilsəsi və orada həyata keçirilən təmir işlərinin görüntülərini oxuculara təqdim edir: