İcra başçısı 280 min rüşvətlə tutulan işçisini azadlığa çıxardı - "Sağ əli idi" | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


İcra başçısı 280 min rüşvətlə tutulan işçisini azadlığa çıxardı - "Sağ əli idi"

Siyasət A- A A+

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin ötən il Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvətlə həbs edilən Həbib adlı işçisi azadlığa çıxıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Adil Vəliyev şəxsi münasibətlərindən istifadə edərək məhkəmənin qərarı ilə Həbibi azadlığa çıxarda  bilib.

Qeyd edək ki, Həbib həbs olunandan sonra, hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları yoxlama zamanı onun icra hakimiyyətindəki otağında olan seyfdən 280 min manat vəsait maddi sübut kimi götürülüb. 

Xatırladaq ki, Həbib daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli və rayon ərazisində tikintiyə nəzarət edən şəxs kimi tanınıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...